Android üçün antivirus və ziyanı haqqında

Salam.Mən play.google.com-dan telefonum üçün anti-virus proqramı yükləmək istəyirəm.Axtarış yerində android üçün anti-virus proqramı yazdım siyahı gəldi.Burdan telefonum üçün həmin anti-virus proqramını yükləsəm bu telefonum üçün ziyan olar?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ilkin Alizadeh (2012-09-11 14:49:53)
Çox sağ olun.

E. Hacı (2012-09-11 08:15:16)
Xeyr. Windows virusun Android-ə aidiyyatı yoxdur, çünki exe fayllarını Linux heç tanımır. Yəni virus olaraq heç cür düşə bilməz.

Ilkin Alizadeh (2012-09-11 04:41:14)
Bilirsiz nəyə görə maraqlanıram , mən komputerimə virus düşməsindən şübhələnirəm.Komputerimdəki anti-virusun vaxtı bitəndən sonra internetin sürəti zəifləyib və buna görə də telefonuma anti-virus yükləmək istəyirdim ki , birdən komputerdən blutuz vasitəsilə telefonuma nəyisə göndərsəm telefonuma da virus düşər , buna görə maraqlanırdım.Sizcə belə etsəm telefonum üçün zərərli olar?

Amil (2012-09-10 23:38:59)
Musarir, AV şirkətləri camaatı aldadmaq ilə məşğuldur. Mobil və virus terminlərini bir yerdə işlətdikdə gülməyim gəlir :). Verdiyiniz link AV-ləri müqayisə edən bir saytdır. Heç bilirsiz, Anti-Virus şirkətləri həmin və ona oxşar saytlara nə qədər rüşvət verir?

E. Hacı (2012-09-10 23:16:21)
Androiddə heç bir antivirusa ehtiyac yoxdur. Antivirus şirkətləri dələduz şəbəkəsindən başqa bir şey deyil. Dərd uydurub dərman satırlar. Harda bazar böyüyür burunlarını zorla soxurlar ora. MACOS üçün də oyun qalmır çıxarırlar(məs. DrWeb) ki təki istifadəçilər inansın qorxsun və antivirus alsın. Kənar mənbələrdən proqram endirməyin, rəsmi proqramlar istifadə edin. Vəssalam, kef edin.

musarir (2012-09-10 23:04:25)
Niyə işləmir işləyir exploit`lər hara təsir edir . Amma sistemin necə idarə olunması user`dən asılıdır. Bir buradan baxın nəticələrə

Amil (2012-09-10 22:55:23)
Salam. Ziyan olmaz. Amma boş və mənasızdır. Çünki, Android Linux üzərində qurulub və virussuz sistemdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

GTA 3 Açılmadı

Bu fayları Android telefonda açmır

android üçün BBM

android oyunlar

Android də Bluetooth oyunlar

Samsung gt-a7100 koda düşüb.