Ebayda satıcını necə şikayət edim?

Ebay-dan mal sifariş verdim, amma gəlmədi, artıq 2 ayı da keçib, bundan sonra da çətin ki, gələ, mən bu barədə dəfələrlə satıcını xəbardar etsəm də nəticəsi olmayıb, indi mən həmin satıcını ebay-a necə şikayət edə bilərəm? Ki, pulu qaytarsın, az pul da deyil ki, keçim

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

İsgəndər Cəfərov (2012-09-15 02:23:30)
Ən yaxşısı paypal-da şikayət edə bilərdiniz. Ebay-dakı şikayəti dəqiq bilmirəm. Amma onu deyə bilərm ki, artıq paypal üçün gecdi. Çünki gərək malı aldığınız ilk 45 gün ərzində şikayət edərdiniz. Amma artıq 60 gün keçib. Ola bilər ki, sizin mal Azərbaycanda gömrükdə saxlanılıb. Malınızın qiyməti 200$-dan yuxarıdırsa, rüsum verməli olacaqsınız.

Ruslan Butdayev (2012-09-10 23:34:05)
bunu Elvin daha yaxshi bilir.. men bildiyim qederi ile paypal pulu 45 gun ozunde saxlayir. 45 gunden sonra her hansi minus rey olmasa saticiya verir.. yene de Elvini gozleyek))

Amil (2012-09-10 17:39:05)
Salam. Səhv etmirəmsə bunun üçün eBay Buyer Protection olmalıdır.

Zohrab2x2 (2012-09-10 17:25:30)
Salam... Məncə biraz da gözləyin... 3 ay tamam olsun... Nə almısınız? Və nə qədər ödəmisiniz?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay Paypal limit

Aliexpress ebay disput

Ebaydan gələn mal, öz paketində gəlir, yoxsa?

ebayda satıcı ilə əlaqə

Amazon və Ebay – mallar çatdırılmır.

Ebaydan malın tez gəlməsi üçün nəsə etmək mümkündür?