Mobil platformalar haqqında

hansı mobil patformanı məsləhət görərdiniz? Windows Phone yoxsa Android? Xahiş olunur ətraflı məlumat verəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Amil (2012-09-11 15:19:01)
Nə deyim?))) Gözəl şeirdir. Bəyənilsin :).

E. Hacı (2012-09-11 15:06:54)
Muğan həsrət yağışa buludlar xəsis, Yağış tökür talışa heyhey gərəksiz, Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz. :)

Amil (2012-09-11 14:33:06)
Nə üçün Windows Phone seçdiyimi deyim: 1. Sürət 2. Tam yeni, rahat və gözəl interfeys 3. Çox sürətlə inkişafı 4. Asan həllər 5 və son. Nokia-nın avadanlıq keyfiyyəti və gözəl dizaynı Məncə ən yaxşısı WP8-i gözləyin. Seçim yenə də sizindir. Uğurlar!

Elkam (2012-09-11 12:54:36)
TƏŞƏKKÜRRLƏR

Onar Alili (2012-09-11 10:46:51)
Salam Android haqqında Elvin bey yazıb.Seçimi siz öz zövqünüzə görə edin,mən isə sizə Windows Phone haqqında yazım. Yeni inkişafda olan yüksək performanslı və gələcək vəd edən sistem.100min keçmiş tətbiq(program) sayına çatmış və 6 ay əvvəl 50min olan bu sayını belə qısa vaxta 100minə catmağı sürətli inkişafdan xəbər verir.Yaxın vaxtlarda Windows Phone 8 versiyası buraxılacaq.Yeni versiya Windows sistemlər ilə tam uyğunluqda işləyəcək.Yəni kompyuteriniz ilə daima sinxronizasiya edə biləcəksiz,bir-birinin parçası kimi işləyəcək. Windows 8 də ki programlar WP 8 işləyə biləcək deyilənlərə görə və son olaraq : Windows Phone 8 bir yenilənmə yeni bir sistemdir.Yəni alacağınız telefona daim yeniliklər gələcək ama WP8 istiyirsizsə Windows Phone 8 olan telefon almalısız. Hal-hazırda Windows Phone işlədən HTC,Samsung,Nokia markaları var. http://www.microsoft.com/windowsphone/en-US/buy/7/default.aspx Seçiminizdə uğurlar.

Amil (2012-09-11 10:30:43)
Elvin, nəyə görə 50 cavablıq sualı qısaltdız? :) Geniş müzakirə olunmuşdu bu mövzu.

Amil (2012-09-11 10:18:04)
Salam. Mənim seçimim Windows Phonedir. Bunun da bir çox səbəbləri var. Marketplace-də 120 minə yaxın tətbiq var. Bu az görünə bilər, amma demək olar ki, bütün rəsmi tətbiqlər hazırlanıb bu platforma üçün. Yəni ki, seçsəz, yanılmazsız.

E. Hacı (2012-09-11 10:17:08)
Sırf ƏS olaraq yan-yana qoyub müzakirə etmək bir az düz çıxmaz, hər ikisi kod yığınıdır. Bu BMW yaxşıdır ya Mersedes sualı kimi çıxmış olar. Amma model seçimi zənginliyi baxımından, proqram zənginliyi baxımından təbii ki Android sözsüz üstünlüyə malikdir. Ən yaxşı smartfonlar birmənalı olaraq Androiddədir. (HTC One x, Samsung Galaxy S3, Note 2, Panasonic Eluga, Motorola-nın ən son smartfonları və.s.) Sırf Nokia və ya Microsoft bəyənənlər üçün Windows Phone seçimi yəqin ki yaxşı olar. Bundan başqa Windows Phone-da çox rahat interfeys, asan həll mövcuddur, üstəlik çeviklik prioritetdir, ona görə də seçim zamanı bu məqamlara da diqqət etmək olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android versiyasını yüksəltmə

Android telfonuma reklam gelir ve donur

Open source sistem data recovery

Power Point Android

Java-Android,Android-Java

Android Internet sürətinə limit qoymaq