Microsoft SkyDrive-da upload problemi

Salam. Bu gün SkyDrive-da ploblem oldu. Yəni ki, fayl upload etmək olmur. Əvvəlcə elə bildim İnternetin upload sürəti zəifdir, amma SpeedTest-də nəticələr yaxşı göstərdi. Ancaq kompyuterdə bu belə olur. Chrome, Firefox və IE-nin ən son versiyaları ilə yoxladım, alınmadı. Kompyuterdə SkyDrive quraşdırdım, yenə alınmadı. Telefondan fayl yükləmək oldu amma. Dropbox-a da upload etmək olur. Qeyd edim ki, 7GB yaddaşdan yalnız 100MB-a yaxını dolub. Bunun səbəbi və əlacı nədir? Bilirəm, çətin sual oldu, amma cavablandıranlara təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Amil (2012-09-12 16:33:54)
Bir az əvvəl yoxladım, alındı. Təşəkkürlər. Onu da deyim ki, Dropbox da istifadə edirəm. :)

E. Hacı (2012-09-12 16:16:02)
O halda Chrome-da Console-u(shift+ctrl+i) açıq saxlayaraq Upload-a cəhd edin. Upload AJAX ilə getdiyindən Console-da mütləq nəsə qırmızı hərflərlə xəta çıxmalıdır.

Amil (2012-09-12 16:03:43)
Xeyr. Heç bir error vermir. Upload limitini aşmıram, adı şəkil belə yüklənmir. 0% olaraq qalır.

E. Hacı (2012-09-12 15:57:30)
Salam. Hər hansı səhv verirmi? Bəlkə upload fayl limitini aşırsız? Xəta mesajını bilmədən çətindir nəsə demək. Belə də ki bu sahənin gül kimi, ideala yaxın həll olan Dropbox kimi üzvü varsa, nəyə lazımdır Microsoftun qolu qanadı qırıq Skydrive-ı? Dropbox işlədin və heç nədən narazı qalmayın. Və ya heç olmasa Google Drive

Amil (2012-09-12 14:17:03)
Hə. Amma yalnız desktop SkyDrive-da bu belə deyil, web versiyada da belə olur.

abdullayev36 (2012-09-12 13:15:41)
Sən SkyDrive qovluğunu düzgün göstərmisən?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 10 müsbət və mənfi cəhətləri?

Microsoft Office 2007 programı haqqında

Microsoft MD-100 sertifikatı

Microsoft Word-də yazının formatını təmizləmək

Microsoft Surface RT

SkyDRive nədir və ondan nə kimi istifadə etmək olar?