Twitter-də bir çoxlarının adlarının yanında kiçik qıfıl işarəsi

Salam tvitter-də bir çoxlarının profilində görmüşəm ki , onların adlarının yanında kiçik qıfıl işarəsi var.Sualım belədir ki , bu nə üçündür? və necə edə bilərəm ki , bu mənim də tvitter profilimdə olsun? (yəni ki , hara daxil olub bunu düzəltməliyəm?).Zəhmət olmasa bunun yerini ardıcıllıqla deyərdiz.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ilkin Alizadeh (2012-09-13 00:05:54)
Çox sağ olun.

Amil (2012-09-12 21:43:34)
Dəqiq bura daxil olun- http://twitter.com/settings sonra, Team privacy'nin qarşısındakı "Protect my tweets"ə quş qoyun. Nəzərə alın ki, bunu etsəz, sizi follow etməyənlər tvitlərinizi görə bilməyəcək

Amil (2012-09-12 21:34:53)
Salam. Bu Protected (qorunan) account'dur. Yəni ki, həmin userin tvitlərini görə bilmirsiz, o sizin follow requesti qəbul etməyincə. Bunu etmək asandır, settings-də bir az axtarsaz taparsız. İndi telefondan yazıram deyə tam başa sala bilməyəcəm hara girmək lazımdır. Protect my tweets'in üzərinə quş qoymaqla bunu edə bilərsiz.