WordPress – featured img nisbəti

Salam, wordpressin featured img nisbətlərində 4 x 3 nisbətini əla başa düşür. Bilmək istərdim 16 x 9 nisbətini necə ? Başa düşür? Başa düşür deyəndə ki, 4 x 3 nisbətində şəkilin hündürlüyünü və uzunluğunu eyni ölçüdə kiçildir və qısaldır. Ama elə ki, ölçüləri qeyri standart verəndə ya hündürlüyündə ya da uzunluğunda özbaşınalıq edir :) 16 x 9 nisbətində də özünü yaxşı apara bilirmi? Nəzərinizə çatdırırm ki , mənə yalnız və yalnız featured img lazımdır, thumb.php yox.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2012-09-12 10:09:14)
Salam. Siz sadəcə lazımi miqyası yoxlayın, əgər məsələn qaneedici nəticə almasanız, o halda temada functions.php-də yeni ölçü qeydiyyatı aparın. Yəni 4x3 default varsa, 16x9 yoxdursa, məsələn belə bir kod əlavə etmək lazım: [code] <?php add_image_size( 'yeni_olcu_adi', 160, 90, true ); ?> [/code] Vəssalam. Ondan sonra lazımi ölçülü şəkli kodda belə çağırmaq lazım: [code] <?php the_post_thumbnail('yeni_olcu_adi'); ?> [/code]