Nero proqramı alıb diskdən yükləmək istəyirəm

Salam mənə Nero proqramı lazımdır diskini alıb diskdən yükləmək istəyirəm bilmək olarki görəsən onun diskin satırlar ?satsalar neçəyə olar ? hə birdə deyirlərki guya vvindovvs 7 sistemində guya yaxşı effekt göstərmir

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Amil (2012-09-13 18:48:33)
Salam. Qısaca rəsmi www.nero.com saytına daxil olub pulsuz trial yükləyin. Xoşunuza gəlsə internetdən açarını da alın. Kim deyir ki Windows 7'də effekt göstərmir? Mən işlədirəm, super işləyir.

E. Hacı (2012-09-13 16:45:35)
Mağazadan ala və ya Nero-nun saytından ödənişlə ala bilərsiniz. Ən yaxşısı təbii ki saytdan ödəyərək endirməkdir.

Sahin (2012-09-13 16:01:46)
Salam. Məsləhətim budur ki,internetdən yükləyib istifadə edəsiniz. [silinib-red.] Əgər sizə Nero praqramı disk vasitəsilə lazımdırsa,komputerə aid mağazalardan,disk satılan yerlərdən ala bilərsiniz. Qaldı ki,Windows 7 əməliyyat sistemində yaxşı effekt göstərib,göstərməməsinə isə cavab olaraq deyirəm: Nero praqramını əməliyyat sisteminə uyğun alsanız və yaxud da yükləsəniz normal effekt göstərəcəkdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DVD-yə Nero ilə video köçürmək

Nero Media Hub proqramı

Nero-da problem

Nero Windows 7

Neroda problem

Nero-dan diskə Windows 7 yazmaq