Amazon.com saytından bəzi kosmetik vasitələr sifariş etmişəm, gələcəkmi?

Salam hər kəsə. Men Amazon.com saytından bəzi kosmetik vasitələr sifariş etmişəm və düzünü desem bir az tərrəddüd edirem sifarişlər gələcəkmi? Bilmək istərdim sifarişlər gələrkən hər hansı zədə filan almır ki? həmçinin həmin mallar hara göndərilir? Xahiş etsəm mənim bu kiçicik suallarıma da imkan daxilində cavab verəsiniz. Çox sagoluz))

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2012-09-19 10:27:48)
Verdiyiniz link bir məhsul linki deyil, kataloqdur. Bəzilərinə baxdım hamısı Azərbaycan üçün eyni şeyi yazıb: We are not able to ship this item to your default shipping address. Yəni Azərbaycana çatdırması yoxdur. Siz onu necə almısınız, çox maraqlıdır. Axı alarkən yazmalı idi ki, mümkün deyil çatdırmaq

Rock_girl (2012-09-18 23:08:06)
deyəsən səhv oldu həmin linki bura necə yerləşdirim kömək edin xahiş edirəm))

Rock_girl (2012-09-18 23:04:35)
http://www.amazon.com/beauty-makeup-fragrance-skin-care/b/ref=sa_menu_bty11?ie=UTF8&node=3760911

E. Hacı (2012-09-17 23:13:12)
Xeyr göndərmir. Kitab və audio video disklər göndərir . İndi ola bilər istisna kimi bu malı göndərir bilmək olmaz. Siz linki verin, girək baxaq

Rock_girl (2012-09-17 19:25:44)
Sadəcə yaşadığım ölkəni və ünvanı qeyd etdim ustəgəl ZİP Kodu yəni posta kodunu yazdım. İnşallah gəlib çatar. Bir də hörmətli admin siz dəqiq bilirsiz ki, Amazon AZərbaycana bu tip mallar göndərmir? Digər sualları vaxt tapıb tez cavablandırdığınıza görə minnətdaram.

E. Hacı (2012-09-16 23:58:53)
Salam. Amazon Azərbaycana bu tip malları göndərmir axı , siz alarkən Azərbaycandakı ünvanınızı necə göstərdiz? Bəlkə nəsə anlaşılmazlıq olub. Amma ümumən Amazon çox etibarlı servisdir, əgər hər şey düz olubsa, əlbəttə göndərirlər və gəlib çatır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon credit card

Elektron ticarətin vergiyə cəlb olunması

Amazon Haqqında Bir Neçə Sual

‘Billing Address’ nədir?

Amazona mal qaytarilmasi

Dropshippinglə məşğul olmaq üçün kredit kart vəya debit kart olmasının fərqi var?