Mysql nədir?

salam dostlar,bilmək istərdim mysql-in mahiyyəti nədir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

tampo (2012-09-19 16:30:07)
MYSQL Əsasən baza deyək adi dildə skriptlərin əmrləri ilə ordan məlumatlar götürülür yığılır və s.

ahmed (2012-09-19 08:37:22)
Mysql bir proqramdır. Bu proqramın məqsədi məlumatları emal etməkdir. Əslində təyinatından asılı olmayaraq bütün proqramların məqsədi məlumatı idarə etməkdir. Lakin söhbət eyni tipdən olan çoxsaylı məlumatlardan gedəndə adi proqramlarda istifadə olunan alqoritmlər özünü doğrultmur. Buraya çoxsaylı məlumat arasında (miyonlarla) sürətli axtarış aparmaq, eyni məlumata çoxsaylı müraciəti təmin etmək v.s. aiddir. Tədricən bu tip məsələlərin həllində tətbiq olunan alqoritmlər təkmilləşdirilərək, İT - də bir qol kimi ayrılır və Məlumatlar Bazası adı ilə təqdim olunur. Müxtəlif məlumatlar bazası proqramlarından istifadəni asanlaşdırmaq məqsədilə SQL adlandırılan standart interfeys tərtib olnur. SQL -i bilən hər-bir istifadəçi həmin standartı dəstəkləyən istənilən məlumatlar bazası proqramı ilə rahat işləyə bilər. SQL -i dəstəkləyən MB proqramları arasında ən çox istifadə olunanlara Oracle, MySQL, SQLServer və başqalarını misal göstərmək olar.

Onar Alili (2012-09-18 23:59:24)
Salam Burda izah olunub doğma dilimzdə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bazadaki məlumatları tərsinə oxumaq

wampserver 127.0.0.1 xətəsi

Laravel üçün hansı IDE və nəyə görə ?

MySQL -də BLOB faylların həcminin hesablanması

MySQL -də OUTFILE -a dəyişənlə ad mənimsətmək

innoDB necə enable edə bilərəm?