Paypal yoxsa Payza (Alertpay)?

Hər kəsə salam! Mən bir şey öyrənmək istəyirdim. Ümumiyyətlə başqa ölkədən mənə pul göndərmək və s. istəsələr, hansı sayta göndərmələri yaxşıdır? Mən pulu sadə Visa karta köçürüb, nağd çıxarmaq istəyirəm. Ümumiyyətlə əgər PayPala göndərilərsə, mən o pul kartıma köçürüləcək? Pulu nağd ala biləcəm? Bəs əgər bu PayPal-da mümkün deyilsə Payza(Alertpay)-da necə? Xahiş edirəm mənə kömək edin. Əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

elmaryachi (2012-09-28 20:42:48)
ən rahat yol western union

İsgəndər Cəfərov (2012-09-28 17:52:00)
Həmin yerdə buranı deyirsinizsə burda Payza-issued Prepaid Card sözünün qarşısında 2 ulduz var. Və o ulduzlrın açılışı da aşağıda tam verilib. Azərbaycan isə təbii ki, bu ölkələr siyahısında deyil :D Bank Transfer * 4-6 business days Bank Wire 2-4 business days Check 1-3 weeks Payza-issued Prepaid Card ** 2-4 business days * See our Local Payment Options to verify if this function is supported in your country. ** The Payza-issued Prepaid Card is only available to select members in select countries at this time.

E. Hacı (2012-09-28 11:01:12)
Səhvdir. https://www.payza.com/features/add-funds-and-withdraw burada yazıb ki credit card dəstəyi var, bank transferdən əlavə olaraq.

İsgəndər Cəfərov (2012-09-28 02:38:12)
Amma orda səhv etmirəmsə yalnız banka və s. göndərir və hər göndərmədə 15$ pul çıxır məbləğdən asılı olmayaraq. Yəni birbaşa kredit kartına göndərmək yoxdur.

E. Hacı (2012-09-28 02:16:32)
tebii ki mumkundur pul gonderilme mumkun olduqda

İsgəndər Cəfərov (2012-09-28 00:40:31)
Bunu bilirdim. Sadəcə olaraq, bilmək istəyirdim ki, görəsən Payzadakı pulu Visaya köçürtmək mümkündürmü?

E. Hacı (2012-09-25 09:46:27)
Azərbaycandan pul qəbulu və göndərilməzi mümkündür Payzada: https://www.payza.com/features/local-payment-options

İsgəndər Cəfərov (2012-09-18 22:38:55)
Məlumata görə çox sağ olun hörmətli admin :) Xeyr Xarici bankda hesabım yoxdur təəssüf ki. infi qalır Payza. Gərək Payza haqqında öyrənim. PayPal-da lap adamı əsəbləşdirir eee.

E. Hacı (2012-09-18 16:50:20)
1. Refund başqa şeydir ödəmə başqa şey. Refund zamanı Paypal bilir ki bu refund-dır və pulu sizə geri göndərir. Adi köçürmədə isə görür ki köçürmədir, icazə vermir, çünki Paypal Azərbaycana pul göndərişinə icazə vermir. Yəni ki problem göndərişin baş tutmamasında deyil, Paypal pul göndərdikdə pul asanlıqla hesabımıza yatır, necə ki refund-da bu belə olur. Problem Paypalın öz qoyduğu əngəldədir, sadəcə icazə vermir bazarı kiçik olan ölkələrə pul göndərişinə. Marağında deyil. 2. Paypala pul qəbul edə bilməzsiniz axı siz, ki onu da harasa köçürəsiniz. Başqa paypal accountdan özünüzə pul göndərməyə cəhd edin, nəticəni görəcəksiniz, yazacaq bu istifadəçi elə ölkədəndir ki, biz o ölkəyə pul göndərişi xidməti göstərmirik. Ölkə də bank hesabı ilə təyin olunur, xarici bankda hesabınız varsa, hə buyurun Paypaldakı pulu qəbul edin bank hesabınıza köçürün.

İsgəndər Cəfərov (2012-09-18 13:03:17)
Yanlışlıq oldu. :) Pulu kart qəbul edir demək istədim.

İsgəndər Cəfərov (2012-09-18 13:02:01)
Hmm o zaman 2 sualım olacaq. 1) Hmm axı mən məsələn ebayda mal aldıqda mal gəlib çatmayanda satıcı ilə bir-iki dəfə danışmışam. Reüfund edib. Refund etdikdə pulu kart tələb edir axı. Bəs mən dediyim şey də Refund-la eyni şey deyil? 2) Əgər Moneybookersdə mümkündürsə, pulu Paypala köçürdüb ordan da Moneybookersə transfer etmək mümkündürmü? yəni belə bir şey olarmı?

E. Hacı (2012-09-18 12:51:08)
Salam. Moneybookers-də dəqiq mümkündür. Paypalda dəqiq mümkün deyil(Aze üçün) Alertpay haqda isə bu məlumatım yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalla telefon almaq

Ebay request

Metroda paypal

Paypal-sız alış-veriş

PayPal hesabımda köhnə visa kartı yenisi ilə əvəzləmək

Paypalda ödədiyim pul barədə qeyd yoxdur