word-də azərbaycanca yazılmış amma kiril hərfləri ilə açılan materialı latın hərflərinə necə çevirməli?

Bəzi word materiallar var ki, onlar azərbaycanca yazılsa da A3 Times AzLat shrifti və kiril hərfləri ilə açılır. ə,ü,ğ və digər hərflər oxumağı lap çətinləşdirir. Belə materialı oxunaqlı hala necə gətirə bilərəm? Necə edə bilərəm ki latın hərflərinə çevrilsin?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Ağa Aliyev (2018-01-05 15:04:33)
Təşəkkürlər sayənizdə bu problemin öhdəsindən gəldim. Çox asan imiş

S.A.Qurbanova (2017-12-01 16:07:51)
Salam. Siz necə istifadə edə bildiniz? Mən bacarmadım. Qaydasını bilmədim.

E. Hacı (2017-05-18 00:55:12)
şad oldum. o həllin özünü isə 2007-də qurmuşdum, maraqlıdır 10 il keçib üstündən, amma hələ də fayda verə bilir :)

Osminoq (2017-05-17 21:41:38)
Sizin 2012də yazdığınız cavab bu dəqiqə mənə böyük kömək oldu. Təşəkkürlər.

Mirağa (2017-05-08 09:58:07)
Bunun ideal bir həlli yolu var. Buyurun yoxlayın 1. A3 Times AzLat shriftini yükləyin 2. Yazdığınız mətni seçin (Ctrl+A) 3. Mətni Times New Roman şriftinə keçirin. 4. Mətni Times New Roman şriftinə keçirdikdən sonra eyni qayda ilə mətni yenidən seçin və bu dəfə mətni A3 Times AzLat shriftinə keçirin. Gördüyünüz kimi mətn tam şəkildə Azərbaycan şriftindədir.

Mirağa (2017-05-08 09:57:31)

azeri (2012-09-19 11:36:34)
Mən də belə bir problemlə rastlaşıram, səhifənin sayı 50-dən çox olur ve mən kiril hərflərini bir-bir latın hərfləri ilə zamenit edirəm.

ahmed (2012-09-19 08:20:27)
Salam. Həmin səhifədə bir cümlə diqqətimi çəkdi: Artıq bir dəfəyə 10000 simvol konvert etmək olar!!! Bu cümləni aşağıdakı kimi yazmaq texniki cəhətdən səhv olmaz ki? Artıq bir dəfəyə 10000 simvol çevirmək olar!!! Təşəkkürlər.

E. Hacı (2012-09-18 22:12:05)
Salam. Belə bir şey üçün ekspress bir həll yazmışdım mən 4-5 il öncə. Bu səhifədə aşağıda yerləşən proqram: http://bilikli.net/sizden.php Ondan istifadə edin. Başqa həlllər də olsa dostlar paylaşar.