Kartımda pul var lakin ebaydan heçnə ala bilmirəm

salam, mən bu gün bankda özümə hesab açmışam yəni internetdən online alış-veriş etmək üçün həmçinin bu gün hesabıma pulda yatırmışam amma bir problem var. Ebaydan bir mal sifariş etmişdim onu almaq üçün ne soruşulurdusa hamısını bir-bir yerinə yetirdim amma sonda yazdı ki, sizin hesabınız bank tərəfindən inkar edilir? niyə heçnə başa düşmürəm? Kartımın istifadə tarixi hələ bitməyib və hesabımda da pul var bəs nəyə görə belə deyilir? onu da deyim ki, Ebayda hər zaman qeyd edilir ki, yalnız PayPal vasitəsi ilə ödəniş edə bilərsiniz? mən də isə Visa -dır. Bəlkə buna görə?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Rock_girl (2012-09-22 15:21:33)
Köməyə görə çoooox sağoluz Tərlan və Ruslan minnətdaram sizə. Hər şəy indi qaydasındadır. Uğurlar sizə...

Ruslan Butdayev (2012-09-21 21:53:40)
eger paypal ile alirsizsa paypal kartinizi tesdiqlemelidi.. bunu elemisiz.? ve karta pul qpyanda ise hesaba pul gonderisleri ancaq seherler olur bankda yeni ki qoydugunuz pul seheri gun kart hesabinda gorunur

Tarlan Umudov (2012-09-21 21:24:08)
Salam. E-Baydan alış veriş etmək üçün PayPalda qydiyyatdan lkeçməli və kodunuzu təsdiq etməlisiz, bunun üçün banka zəng edib 4 rəqəmli kodunuzu öyrənməlisiz. E-Bay və PayPal haqqında cavablar.net saytında yetərincə suallar cavablandırılıb. Daxil olun PayPalE-Bay buradakı verilən suallara və cavablarla tanış olun ki, qarşılaşa biləcəyiniz hər hansı bir problemin həllini əvvəlcədən biləsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan Video Kart Almaq

Ticarət məqsədilə mal sifarişi

eBay-dan aldığım mal gəlməyib

paypalda ödəniş səhvi

Ebayda Sprint nə deməkdir?

Ebaydan pulun geri qaytarilması proseduru