Mobil programlaşdırma

Mobil telefonlar üçün yazılan proqramların müxtəlif telefonlarda işləmisi üçün nə etmək lazımdır? bu programlar java da yazılsa bütün telfonlarda işləyə bilərmi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Onar Alili (2012-09-21 11:08:33)
Bir dilməklə həll etmək olar bunlardan biri yuxarda yazılıb,mono project ilə C# ilə iphone,android üçün yazmaq olur,performans azalsada sizin istədiyiniz çox böyük güc tələb etmir,program açılanda gecikmə olacaq sadəcə.

dragon_700 (2012-09-21 10:58:37)
beli butun telefonlar ucun markasindan asili olmayaraq.baza telefonun ozunde olacaq yeni local

Onar Alili (2012-09-21 10:54:58)
Bütün model telefonlar üçün bunu etməl istəyirsiz? Verilənlər bazası telefonun özündə olacaq (local database) yoxsa hər hansı uzaq serverə bağlanacaq?

dragon_700 (2012-09-21 10:51:29)
Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Mənə elədə güclü bir prgoram yazma lazım deyil əsəs bazadan məlumatların oxunması və axtarış olsa kifayətdi. Baza deyəndə coxda güclü bir baza deyil sadəcə mətni bazadan oxuyacaq və bazada axtarış edəcək HTML5 işimə yarayarmı ? bu barədə

E. Hacı (2012-09-21 10:46:36)
Salam. Xeyr, hər smartfon ƏS-in öz SDK-dı var. Android SDK-sı Java, İPhone SDK-sı Objective-C, Windows SDK C# ilə işləyir və.s. Yazılan proqramları bir-birinə konvert etməkçün müxtəlif köməkçi proqramlar alətlər var, amma universal həll yoxdur. Bir də bütün platformaların dəstəklədiyi HTML5 də var ki, ondan istifadə edərək yalnız onu bilməklə bütün ƏS-lər üçün proqram hazırlamaq olar. Phonegap adlı texnologiya bunu təklif edir. Amma burda da vəziyyət heç də ideal deyil. 1.Performans native-də olduğundan zəifdir. 2.Pluginlərin sayı məhduddur, heç də istənilən hər şeyi etmək olmur. Yalnız pluginlərin icazə verdiyi imkanlardan istifadə etmək olur.