Windows XP(sp3) əməliyyat sistemi üçün “Explorer.exe” problemini həll etməyin hansı yolu var?

Salam.Kompyuterimdə explorer.exe probemi yaranıb.Pəncərədə olan qovluqlara,Moy Kompyuter-ə və başqalarına girmək mümkün olmur.Explorer.exe xətası yazılır.Pəncərə avtomatik silinir sonra yaranır.Format etmək istəmirəm. Xahiş edirəm bu problemin formatdan başqa aradan qaldırmağın yolunu yazardız.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Alibeyov (2012-09-22 08:53:50)
Məncə xeyiri olmayacaq. Normal virusdursa, System restore -da zədələyib.

VendeTTA (2012-09-21 22:32:03)
System Restore ilə bərpa etməyi yoxlamısan ? Köhnə bir tarixə geri qaytar sistemi. Həll olunmalıdır bununla problem.

Altun (2012-09-21 22:20:40)
Amma yenədə bu sayta bax.Bəlkə bir köməyi oldu. http://entercomputers.ru/interesting/vostanovlenie_explorer_exe.html

Altun (2012-09-21 22:14:51)
Salam. Əgər alınmasa internetdən (Explorer.exe) yüklə C:\WINDOWS\ papkasına at.

Alibeyov (2012-09-21 21:32:23)
Yox. Mənasız yoldur. Virus yenidən hər şeyi öz istədiyi hala salacaq.

krol (2012-09-21 20:07:03)
Köməyə görə sağolun.Komp-da antivirus yoxdur.Ola bilər axırıncı proqram virusidi.Ama Windowsu update etmək də başqa bir çıxış yolu ola bilər?(Microsoft-un rəsmi saytında)

Alibeyov (2012-09-21 19:21:47)
Böyük ehtimalla virusdandır. Explorer zədələnibsə, deməli daha nəsə etməyin mənası yoxdur. Antivirus da çöküb. Bəzi utilitlər var virusu təmizləməyə, amma yaxşı olardı ki, sizə lazımlı məlumatları götürb, əməliyyat sistemini yenidən yazasınız. Normal bir antivirus yazıb D və digər diskləri (əgər varsa) scan etmədən açmayın.

Altun (2012-09-21 16:41:46)
Salam. Bəlkə hansısa program yükləmisiniz. ondan olub sonuncu dəfə hansı programı yükləmisinizsə çalışın onu silin. Antivirusla komp-u scan edin. Bəlkədə Explorer.exe zədələnib

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C və D diskləri

windows 7 -də format problemi

Windows 7 şrift

Windows OS

Itmiş fayllar, sistemin bərpası

Windows 7 aktivasiya olmur