Kompüterin prosessoru haqqında

Mənə deyə bilərsinizmi ki, məsələn komputerin prosessoru tutaqki Core 2Duo 2.8 GHz yazılıb. Bu onun nüvəsinin gücüdü? Yəni onda mənim komputerim 5.6Ghz-di. Və ya Quad core 2.30 Ghz yazılıbsa onda onun gücü 2.3x4-ə bərabərdir? Və ya telefonda olsun Dual core 1.6 Ghz yazılıbsa bu 1.6x2 deməkdirmi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

VendeTTA (2012-09-27 22:58:53)
Core 2 Duo 2.8 GHz o deməkdir ki, 2 ədəd olmaqla hər bir prosessor 2.8 GHz kimi işləyir. Bu o demək deyil ki Sistem 5.6 GHz gücündə işləyir. Prosessorlar tələbə uyğun olaraq işə düşür. 4 prosessor həmişə birdən işə düşmür. Adətən 2 prosessor bəs edir sadə proqramlarla işləməyə, bu zaman digər 2-si dincəlir.