Telefon ekranının maksimum işıqda olmasının ziyanı var?

Salam. Telefonumun nastroykasına baxdım , burada displey yazılan yerə girdim və bundan sonra burdakı bölümlərdən birinin adına rusca yarkost yazılıb yəni ki , bu ekranın rəngidi , amma rəngin xodu yarıya qədərdir bunu axıra qədər etsəm , yəni ki , maksimum artırdıqda ekranın rəngi tam açılır yəni ki , işıqlı olur. Sualım belədir ki , ekranın rəngini yəni ki , işıqlanmasını maksimum etsəm , bunun telefonum üçün və yaxud da ekranı üçün ziyanı , zərəri var?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ilkin Alizadeh (2012-09-30 21:18:23)
Cavablara görə çox sağ olun.

azeri (2012-09-27 14:29:19)
hər 2 cavabla tam razıyam, mən də o qədər yüksək işıqlı qoymuşdum ki, artıq gözlərin ağrıyır baxa bilmirəm, ən çox da gecə vaxtı, ən məsləhətlisi ortada qoymaqdı, amma men ən azı qoymusam(((

Tarlan Umudov (2012-09-27 00:45:49)
Telefona heç bir ziyanı olmasa da, gözə ziyanı var, əsasən gecə vaxtı.

Amil (2012-09-27 00:12:19)
Salam. Xeyr, ziyanı olmaz. Amma, enerjini çox istifadə etdiyinə görə batareya nisbətən tez qurtara bilər.