WordPress-də problem yaranıb

Plugins, Incoming Links kimi bölmələrdə xəta verir.Keçen səfər admin panel açılmadı.Yenidən saytı yığdım amma xeyri olmadı. Bu xətanı necə düzəldim? Aşağıdakı həmin xətanı yazıram sizə.. Fatal error: Allowed memory size of 33554432 bytes exhausted (tried to allocate 122880 bytes) in /home/texnoale/public_html/wp-includes/class-simplepie.php on line 2480

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Qubadov (2012-09-28 16:55:51)
Çox sağolun cavaba görə.

E. Hacı (2012-09-28 14:56:46)
Salam. Bu shared hostinq ilə bağlı məhdudiyyətlərdən doğan bir problemdir və Wordpressin özü ilə əlaqəsi yoxdur, sırf php.ini konfiqurasiyasından yaranır. Yuxarıda deyilən ini_set kömək etmədisə demək ki bu imkan da məhdudlaşdırılıb və bu limitləri ancaq php.ini-dən artırmaq olar, ona isə yəqin ki giriş imkanınız yoxdur. Ona görə də çıxış yolu 1. Bu warninglərə fikir verməyəsiniz. Çünki saytın işinə maneə törətmir mən bikən. Sadəcə üst-sağdan Screen optionsdan o vidcetləri disable edin 2. Hostinqi dəyişin

Qubadov (2012-09-28 11:22:06)
Hindidə plugins bölməsində bu xətanı yazır.Bağışlayın əvvəldə bunu sizə bildirməmişdim. Bu xətanı admin panelin giriş səhifəsindəki plugins, Recent Drafts, Other WordPress News bölməsində yazır

Qubadov (2012-09-28 11:17:38)
E.Haci bəy-də fikir bildirsə yaxsi olardi.

Qubadov (2012-09-28 00:01:57)
alinmadi hec biri. amma axirinci dediyinizi axtararam skriptlerin icinden.Cox sagolun

VendeTTA (2012-09-27 23:58:01)
Bir şey də yadıma düşdü. Wordpressdə bu faylda -> wp-settings.php belə bir sətir olmalıdır [code]define("WP_MEMORY_LIMIT", "32M");[/code] burdan da dəyişmək olar. 32 = 36

VendeTTA (2012-09-27 23:49:50)
2-cini skriptə dedim) .htaccess script deyil. bu faylın əvvəlinə -> class-simplepie.php

Qubadov (2012-09-27 23:45:55)
2-cinide her ehtimala qarşı .htaccess-in içində lap əvvələ əlavə etdim yenə işləmədi

Qubadov (2012-09-27 23:43:31)
php_value memory_limit 36M bunu siz dediyiniz kimi etdim sayt acilmadi. 2-ci kodu hara elave edim?Zehmet olmasa deyerdiniz..

Qubadov (2012-09-27 23:34:33)
Çox sagolun cavaba göre.Yoxlayib size deyecem

VendeTTA (2012-09-27 22:24:39)
33 mb tələb olunur ) 1. .htaccess içinə belə bir sətir atmaqla həll etmək olar: [code]php_value memory_limit 36M [/code] 2. və ya lap əvvəlinə skriptin [code]ini_set("memory_limit","36M");[/code]