Payzadan pul qəbulu

Hər kəsə salam! Payza haqqında internetdə bir dənə də olsun Azərbaycan dilində məlumat yoxdur. Ona görə, məcbur qalıb sualımı burda verdim. Mən bildiyimə görə, Payza hesabına göndərilən pullar yaddaşda qalır. Yəni ki tutaq ki, mənə başqa ölkədən pul göndərsələr, payza PayPal kimi pulu geri qaytarmır. Yaddaşında saxlayır. Amma indi qalır bir məsələ. Payzadan pulu çıxartmaq. Səhv etmirəmsə, Payzadan pulu Kredit Kartına (Sadə Visa Karta) göndərmək birbaşa mümkün deyil. Amma eşitdiyimə görə bunu başqa yollarla etmək mümkündür. İnternetdə buna aid bir neçə sayt tapdım. Misal expay.org səhv etmirəmsə buna misaldır. Bir neçə sualım olacaqdı... 1) Webmoney Azərbaycanda işləyir? Yəni bu webmoney vasitəsilə pulu Visa karta köçürmək olur? 2) Və yaxud başqa hansı yollarla Payzadan pulu çıxartmaq olar? Xahiş edirəm mənə kömək edin. Qalmışam belə. Sizlərdən kimsə Payzadan pul çıxardıb? Expay.org saytı vasitəsilə ilə necə? Çıxarda bilmisiniz? Və yaxud mənə başqa hansı yolu məsləhət görürsünüz? Sizin dəyərli fikirlərinizə ehtiyacım var. Əvvəlcədən hər bir kəsə təşəkkürümü bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

İsgəndər Cəfərov (2012-10-31 08:55:42)
Məlumata görə çox sağ olun. Bəs yaxşı Webmoney-də pulu birbaşa karta köçürtmək olur? Visa Karta.

Kamran (2012-10-26 22:59:22)
Mənimdə Payzada pullarım yığılıb ama deyəsən Azərbaycanda mümkün deyil belə işlər. Özüm üçün çıxış yolu tapmışam. Webmoney bizim ölkə üçün avropaya çıxışdır. hesab açmışam orda. Sonra payza, liberty reserve, perfect money, egopay, solid trust pay, kimi pul qəbul edə biləcəyim e-pul kisələrində hesab açmışam müvafiq olaraq. Sonda qeyri legalda olsada BESTEXCHANGE qeyd olunan valyutaları Webmoneyə çevirirəm. ordanda Beynəlxalq bank vasitəsi ilə çəkirəm. ama link verdiyim saytda olan valyuta ceviricilərini araşdırın pul çevirməmişdən əvvəl.

İsgəndər Cəfərov (2012-09-28 18:21:08)
Məlumatlara görə çox sağ olun. məncə Webmoney ən axırıncı məsələ olsun. Mənim moneybookers hesabım var. İndi bilmək istəyirəm ki, Payza hesabımdakı pulu Moneybookersə göndərmək istəsəm nə etməliyəm? Yəni transfer üçün. Misal üçün bu saytı tapdım. Bununla Payzadakı pulu Moneybookersə transfer etmək mümkündürmü? http://www.emoneyxchange.com/index.php?option=com_content&view=article&id=24&Itemid=60

E. Hacı (2012-09-28 10:59:34)
Payzaya aid sualınıza da burada cavab verilib http://cavablar.net/2012/09/18/paypal-yoxsa-payza-alertpay/

Ruslan Butdayev (2012-09-28 09:47:51)
Webmoney var Azerbaycanda. Kecen defeki sualind bunu cavablandirmishdiq.. Bankstandart ile cixara bilersen pulu.. bir basha karta kocurme ise bilmirem olur ya yox. Yaxshisi ele webmoney ile pulunu chixartmaqdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypaldan ilk tutulan pul

paypal,payza,okpay

Azərbaycanda işləyən şəxsi yardım toplama saytı

Azerpoct gomruk pulu

Takiplekazan.netdən pul çıxarmaq

ebayda GPB