Notebook açılmır.

Salam dostlar. Noebooku hər dəfə söndürüb yandırarkən eyni halla rastlaşıram. Birinci bu problemlə rastlaşıram. Daha sonra yenidən söndürüb yandırıram vvstovlaniya gedir və təxminən 20 dəqiqədən sonra notebook açılır. Problem nədən ola bilər və necə həll etmək olar? Öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Amil (2012-10-01 16:32:43)
Bura baxın: http://windows.microsoft.com/en-US/windows7/products/features/system-restore

black_09 (2012-09-30 22:49:29)
Amil, zəhmət deyilsə ardıcıllığı ingiliscə yaza bilərsən? Hal-hazırda disk yoxdu deyə heçnə edə bilmirəm, disk tapıb dediyiniz yolları yoxlayacam və ən axırıncı variant format olacaq :)

s_mn (2012-09-30 21:58:38)
Siz bu üsulu da yoxlayın; windows 7 qurulum diskini diskovada daxil edin>Əmr sətrinə, yəni, cmd-yə sfc /scannow yazın (sfc sözündən sonra boşluq var) və Enter düyməsini basın... Əməliyyat bir neçə dəqiqə, hətta bir saata yaxın gedə bilər... Bu əməliyyat nəticəsində windows sistem fayllarını bərpa edir (sistem hər hansı bir vaxta bərpa olunmur, sadəcə, dəyişikliyə uğramış zədəli sistem faylları orijinalı ilə əvəz olunur). Yox əgər BİOS-da hər hansı dəyişiklik etmisinizsə, onda, BİOS-a daxil olub (adətən DELET düyməsi açılır) "Load Optimized Defaults" variantını seçib yaddaş edin...

Amil (2012-09-30 21:30:54)
Əslində bir ay, bir gün deyilən bir şey yoxdur :)... Максимальная elə Ultimate-dir. Daxil olun: İdarəetmə Paneli>Sistem və Təhlükəsizlik>Əməliyyat Mərkəzi>Bərpa>Sistem bərpasını aç... Sonra iki seçim olacaq. Aşagıdakını seçin və açılan yerdən update-i tapıb, davam edin...

black_09 (2012-09-30 21:13:11)
Cavablara görə təşəkkürlər. Əslində məndə VVindovvs ultimate idi. İnternetdən update edildikdən sonra bəzi yeniləmələr oldu və avtomatik olaraq VVindovvs maksimalnaya yazıldı. Məhz bu problem ondan sonra yarandı. Restore edirem bir gün əvvələ qayıdır və yenə eyni hadisə olur. Necə edə bilərəmki 1 ay əvvələ qayıtsın?)

Amil (2012-09-30 20:58:47)
Virus fiziki təsir edə bilmir. Düzdür, bu virus problemi də ola bilər, əgər hansısa sistem faylını zədələsə. Amma ehtimal azdır. Yenə də kompüteri Antivirusla yoxlayın, əgər varsa :) ...Bu o demək deyil ki, yalnız virusdur. Məndə də belə bir şey olmuşdu, amma düzəldi... En yaxşısı Safe moda keçib, sistemi Restore edin... Neyse, uğurlar.

Sahin (2012-09-30 20:31:17)
Salam. Bu problem mənim komputerimdədə baş vermişdi və səbəbini öyrəndim.Bu səbəbi sizə deyirəm: Komputerdə bu cür hadisələrin baş verməsi virus problemidir.Pullu antivirus yazsanızda eyni problem yaşanacaqdır.Problemin həlli isə ancaq komputeri format etməkdən ibarətdir.Disklərin hər birini format edin.Format edərkən diskləri birləşdirin və yenidən yaddaş verin.Buyurun.

Amil (2012-09-30 20:29:43)
Salam. Bu bir çox səbəbdən ola bilər. Driver təzələnmələrini yoxluyun, həmçinin video adapteri dəyişin... BIOS təzələnmələri yoxluyun. Həmçinin, bəzi komponentləri silmək üçün Təhlükəsiz rejimə (Safe Mode) keçin. Bunun üçün: Restart>F8>Advanced startup>Safe mode.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebooku televizora necə bağlamaq olar?

Notebook TOSHIBA Satellite C660-1FL

Notebookda sistem problemi

Notebook istehsalçıları

Oyun üçün notebook almaq istəyirəm

notebook internetə girmir