Online ödəmə sistemi

Salam dostlar. Mən saytımda yerləşdirdiyim malların üzərinə online ödəniş sistemini tətbiq etmək istəyirəm. Bunu ən sadə variantda necə edə bilərəm? Goldenpay vəya Azericard bu sahədə köməklik göstərə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2012-10-02 09:55:28)
Salam. Fiziki şəxs VÖEN açsanız Azericard bu işdə sizə tam kömək ola bilər, özü də pulsuz. Sistemi də saytınıza qoşmaqda kömək edirlər. Goldenpay-də isə hüquqi şəxs(şirkət) qeydiyyatı istəyir və 150 azn qoşulma haqqı var.

Cabbarov Sübhan (2012-09-30 15:42:35)
Ən sadə variantı PayPal-dı ancaq qazandığınız pulları bir başa Azərbaycandan ala bilmirsiz. Ya Türkiyədən ya da Rusyadan almaq olur.