Telefon və ya tablet seçimində kömək

Salam. Çoxları deyir ki, ebay-dan telefon almaq sərfəlidi, amma qiymətlər heç də bunu təsdiqləmir. Bir motorola droid-ə gözüm düşmüşdü, :) sonra bildim ki, həm Verizon -undu, həm də CDMA ilə işləyirmiş... :( Başqa nəyə baxıram ya bahadı ya da ideal deyil mənimçün. Mən əsasən fiziki qwerty klaviaturaya üstünlük verirəm. Yəni ki sensordan əlavə o da olsa və minimal 256 ram olsa mənə kifayətdir. ƏS -i Android olsa yaxşı olar. HTC-lər çox bahadır, ucuzları da çox aşağı səviyyədədir. Fikrimdə Archos -un sim kart dəstəkləyən bir modeli də var, hələ bilmirəm nəyi alsam yaxşı olar... Bir sözlə, Wifi, Bluetooth, 3G, GPRS, EDGE, GSM, minimal 256 ram və Android ƏS olan nə məsləhət görərdiniz?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Amil (2012-10-01 19:39:48)
Elbette, 200 manata geniş funksiyalı planşet tapa bilməzsiz. :) Bəlkə də var, amma yəqin ki, o qədər də məşhur deyil. Bu da onun keyfiyyətini şübhə altına alır.

Alibeyov (2012-10-01 19:32:04)
Mənə internetlə əlaqədə qala bilmək üçün ya telefon ya da planşet lazımdır. Yuxarıda göstərdiyim xüsusiyyətlərdə... Bir dənə Archos var bunları ödəyən, amma bilmirəm nə dərəcədə yaxşı brenddir...

Alibeyov (2012-10-01 19:30:20)
Bildiyim qədəriylə siz dediklərinizdə GSM yoxdur və universal istifadə oluna bilməsi üçün sistem sındırılmalıdır...

Amil (2012-10-01 16:09:19)
Mən Amazon Kindle seçərdim. Xüsusilə də kitab oxumaq daha rahatdır Kindle ilə.

Alibeyov (2012-09-30 17:45:59)
hansı daha məsləhətlidi?

Amil (2012-09-30 15:17:54)
Bu qiymətə ancaq Nexus 7 və Kindle var.

Alibeyov (2012-09-30 15:02:56)
max - 200 azn

Ruslan Butdayev (2012-09-30 14:24:59)
Hansi qoymet araligi nezerde tutursuz ?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda auksion

Ebay-dan ilk sifariş etdim

telefonun android versiyasini qaldirmaq

eBay-da satıcı ilə əlaqə saxlamaq.

Ebay məhsul seçimi

Video hazirlamaq barədə kömək