Diskret riyaziyyat sualı

Tutaq ki, pVq və --p -> r təklifləri p və q -nün istənilən qiymətində (0 və 1) doğru qiymət alır. Həqiqilik cədvəlindən istifadə etmədən isbat edin ki, bu zaman --r -> p təklifi də doğru qiymət alır. Burada -- inkar işarəsidir. HTML işarələri dəyişdirə bilər deyə sözlə də ifadə edirəm. Sübut edin ki, p,q və r təkliflərinin istənilən qiymətində p kanyunksiya q və p-nin inkarı implikasiya r doğru qiymətlər alırsa onda r-in inkarı implikasiya p də doğru qiymət alır. təkliflərin ekvivalentliyi və inferensiyası düstularından istifadə etməklə. Qeyd eliyim ki, əksini fərz etmə yolu ilə asanlıqla sübut etmək olur. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ahmed (2012-10-10 08:23:34)
Misal aşağıdakı kimidir: Inferensiya qaydalarından istifadə etməklə sübut edin ki, ∀x(P(x) ∨Q(x)) və ∀x((¬P(x) ∧ Q(x)) → R(x)) doğrudursa, onda ∀x(¬R(x) → P(x)) da doğrudur, harada ki, x eyni çoxluqda təyin olunub.

alismayilov (2012-10-09 22:59:14)
Siz sözlə kanyuksiya yazmısız, amma işarə ilə dizunksiya (V) göstərmisiz. Kanyuksiya üçün isbat etmək lazımdır, yoxsa dizunksiya üçün?