Ebay haqqında məlumat

Salam. Mən ebaydan sifariş vermək üçün nələrin lazım olduğunu öyrənmək istəyirəm. Yəni paypalda qeydiyyatdan keçmək, bankda hesab açdırmaq və ebayda da qeydiyyatdan keçdikdən sonra mal sifariş verərkən nələrə diqqət yetirmək lazım olduğunu öyrənmək istəyirəm. Bir də yüksək qiymətli mal sifariş verəndə gömrük vergisini hara ödəyirik? Suallara tez cavab versəniz həqiqətən çox minnətdar olardım. Əvvəlcədən təşəkkür edirəm.
mobil Cavablar.net

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

Ruslan Butdayev (2013-03-04 16:35:40)
adress in hansi dilde olmasi ehemiyyet kesb etmir. Meslehetdir ki ingilis dilinde olsun her ehtimala qarshi

tural-az (2013-03-04 16:21:10)
Ingilis dilində qeydiyatdan keçilməlidir mən bildiyin qədər

Ziya (2012-11-01 00:33:27)
salam ebaydan ingilis dilinde qeydiyyatdan kecmek lazimdir yoxsa azerbaycan dilinde bilen varsa desinde xaiw

tural-az (2012-10-03 11:31:09)
Sağolun köməkliyə görə :)

E. Hacı (2012-10-03 10:14:33)
Bunu artıq Gömrük komitəsinin qaynar xəttindən dəqiq öyrənə bilərsiniz.(192)

tural-az (2012-10-03 10:12:55)
Mən gəncədə yaşayıram. Əgər sifariş etdiyim mal birdən gömrükdə saxlansa mən hara müraciət etməliyəm?

E. Hacı (2012-10-03 09:39:38)
1. $-ı. 2. Dəyərin 36%-i 3. Gömrük bölməsi var 28mayda, ora. Malı da ordan alırsınız. Təbii ki əgər saxlanılıbsa. Əksər hallarda saxlanılmır və birbaşa poçtla evə gəlir, nəsə də ödəmirsiniz

tural-az (2012-10-03 01:43:28)
Bir də bu vergi məsələsini maraqlanıram. Gömrük vergisi sifariş olunan malın dəyəri 200$-ı yoxsa 200 manatı keçəndə gəlir və neçə faiz gəlir? Bəs bu vergini hara ödəyirik?

tural-az (2012-10-02 23:58:50)
Çox sağolun köməyə görə. Təşəkkürlər.

Alehandro Morfeo (2012-10-02 19:55:38)
hə tanınır.

tural-az (2012-10-02 12:15:53)
Bu banklardan alınmış visa electron kartlar dəqiq tanınır ebayda? Bankdakı işçi başımı biraz qarışdırdı

Onar Alili (2012-10-02 11:20:39)
Unibank Bank Standard plastik kart əldə edə bilərsiz həmdə pulsuz.

tural-az (2012-10-02 11:16:34)
Bir də visa electron kartı hansı bankdan alsam daha yaxşı olar?

tural-az (2012-10-02 11:00:10)
Çox sağolun linkə görə, çox yaxşı məlumatlar yazılıb ordakı linklərdə. Elə mənə lazım olanda bu idi.

E. Hacı (2012-10-02 09:49:29)
Salam. Bu sual dəfələrlə verilib, axtarış etmək lazım idi. Məsələn bu: http://cavablar.net/2012/01/10/ebay-9/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan alinan tablet

Ebayda qurtaran mal yenidən olurmu?

“Facebook” reklam ödənişindəki ziddiyyət haqqında

Ebaydan alınan malım gəlməyib

PTC saytlarından Paypala pul Göndərmək

ebay izləmə kodu