Galaxy S2 yoxsa Galaxy nexus alım?

Salam.Mən samsung galaxy nexus barədə maraqlanıram.Düzünü desəm galaxy s2 ilə galaxy nexus arasında qalmışam.Bilmirəm hansını alım?Hər ikisinidə tərif edirlər.Yenədə kömək etsəz minnətdar olaram.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2012-10-03 11:59:19)
Salam. Mənfi təsir riski öz boynunuzdadır. Sınanmış tanınmış qeyri rəsmi versiyaları yükləyirəm və ancaq bir mənbədən. Yeniləndikdə də update edirəm sadəcə, update qeyri rəsmiyə aid olur, yəni rəsmiyə qayıdış olmur, özümüz istəməsək. CyanogenMod.com saytından. Amma asan deyil, ilkin prosedur uzundur və məsləhət deyil özünüz tək edəsiniz. Android 5 çıxsa da qeyri rəsmi çıxacaq S2 üçün. Çünki S2-nin aparat təminatı imkan verir ki gələcək bir neçə Android versiyalarını həm rəsmi həm qeyri rəsmi dəstəkləsin. 2.3-də çıxmışdı təzə halda, sonra 4-ü dəstəklədi, sonra da 4.1 çıxdı onu da dəstəklədi. Eləcə də 5-i də dəstəkləyəcək

vsl1982 (2012-10-03 11:41:09)
E.Hacı salam.Galaxy s2-ye qeyri rəsmi yükləmələrin telefona mənfi təsir etməyəcəyini haradan bilirsən?Bunu hansı saytdan edirsən?Bir sualımda var,tutaqki sabah android 5 çıxdı və galaxy s2 bu yenilənməni dəstəkləmədi və ya ona bu yenilənmə gəlmədi,o zaman sən dediyin kimi yenədə qeyri rəsmi yükləmək olacaqmı?

vsl1982 (2012-10-03 11:25:54)
salam qardaşlar.mən dünən 28may tərəfdə demək olarki bütün dükanları gəzdim,hətta rəşid behbudovda yerləşən samsung dükaninada girdim.ancaq heç birində galaxy nexus-la qarşılaşmadım.satıcılarında bəzilərindən soruşdum s2-ni məsləhət gördülər.məni 1 sualda maraqlandırır.s2 ilə nexus arasında təxminən 7-8 ay fərq var,bazara çıxışlarını nəzərdə tuturam.sualım doğuran isə budur ki,niyə görə nexus sonradan çıxmasına baxmayaraq təxminən 100azn s2-den ucuzdur?

Tural Əlisoy (2012-10-02 19:11:54)
Mən özümdə Galaxy S2 istifadə edirəm və tam qane edir. Əlavə olaraq E.Hacının məsləhətinə tam olaraq əmin ola bilərsiz.

E. Hacı (2012-10-02 17:25:25)
Mən özüm S2 işlədirəm və 100% qane edir məni. Amm Galaxy Nexus məsləhət görürəm. 1. Qiyməti daha ucuzdur 2. Yeganə Pure Android (təmiz,kənar əl dəyməmiş versiya) ilə olan smartfondur. 3. Yenilənməni ilk olaraq o alır və hazırda da 4.1 ilə işləyir. S2 isə 4.0 ilədir hələ də (Düzdür, mən özümdə əllə kənar mənbədən qeyri rəsmi 4.1 yazmışam). 4. Ekran pixelləri daha sıxdır. Düzdür S2-nin də üstünlükləri var. Məsələn daha yaxşı kamera, daha sadə ələyatan dizayn. Amma yekun məsləhət, Galaxy Nexus

Amil (2012-10-02 16:48:53)
Bu da müqayisə linki- http://geekaphone.com/compare/Samsung-GALAXY-Nexus-vs-Samsung-Galaxy-S-II

Onar Alili (2012-10-02 16:44:14)
Salam Eyni sual : http://cavablar.net/2012/07/08/samsung-galaxy-nexus-vs-galaxy-s2/

Amil (2012-10-02 16:43:08)
Galaxy S2 alın. Mən özüm də işlətmişəm əvvəllər. GNexus'un bir qəpiklik dizaynı yoxdur. Həm parametrlərinə görə də S2 yaxşıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Galaxy S2`də menyunun dəyişdirilməsi

Galaxy s2 qoşulmur

Samsung galaxy s2 backup

Galaxy S2 Azərbaycan dili

Galaxy S2 üçün lazımlı applar

Ubuntu Galaxy S 2-ni tanımır.