Belə veb proqramı neçəyə yazırlar?

Salam. Bu saytdakı kimi ( http://www.amf.az/?/az/ipotekacalc/) onlayn kalkulyatoru neçəyə yazırlar Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Mövlud Ahmedov (2012-10-11 20:30:10)
Suallarmı geniş və əhatəli cavablandırdığınız üçün təşəkkürlər

E. Hacı (2012-10-11 12:23:45)
Bu tip sadə alqoritmli realizasiyalar üçün 30-50-70 azn normal məbləğlərdir. Buna bahadır fikri olsa, nəzərə alın ki, iş təkcə kodu yazmaqla bitməyəcək, onu sizin koda inteqrasiyası izah olunacaq, o tərəf bu tərəfində düzəliş istəyiniz olacaq və nəticədə cəm olaraq 1 yox, bir neçə saat əmək sərf olunacaq, bəlkə də bir gün. Ona görə də freelance məntiqi ilə saat hesabı götürdükdə isə yuxarıdakı məbləğlər ədalətlidir.

Cabbarov Sübhan (2012-10-11 01:32:46)
Desək bahadı həmin şəxsin çörəyinə bais olarıq. Uyğun qiymət hesab etmək olar

Mövlud Ahmedov (2012-10-11 01:24:41)
Bu kalkulyatoru (calculation.wen.ru/semestr.html) yazmaq üçün menden 30 manat istediler.Bu normaldi ya artiq isteyibler?Bazar qiymeti ne qeder olar?

Cabbarov Sübhan (2012-10-11 00:50:32)
Elə bahalı bir sistemə bənzəmir. Tanış olsa lap pulsuz da düzəldər :) Elə böyük bilik tələb olunmur a+b=c məsəli iki sətirlik kodla tez hazırlanır, bir dəyəri yoxdu məncə. İnteqral misalların həll edilməsi artıq az da olsa müəyyən qədər pul tələb edir.

Mövlud Ahmedov (2012-10-10 23:06:48)
Baxin meselen a+b=c tipli kalkulyator neceye yazilar birdeki meselen tutaqki çetin inteqral funksiyani hesablayacaq.Bunlarin teqribi qiymeti sizce neceye olar?Lap menim sualda gonderdiyim linkdeki proqram neceye yazilar?

Natiq (2012-10-10 22:49:44)
Mürəkkəbliyindən asılıdır. Riazi hesablamalar və arqoritmlərdən aslidir. Nə qədər çətin olsa o dəqər baha olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Veb sayt yaratmaq ilə bağlı sual