Flash kartda qovluqlar pozulub

Slm Mən flash kartı başqa kompüterə salandan sonra öz komp.de açanda gördüm ki, heç bir papka yoxdu, itib, o papkaları necə geri qaytara bilərəm Çox xahiş edirəm təcili kömək edin, vacib sənədlər həmin papkada itdi

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

azeri (2012-10-12 14:28:36)
çoox pis ((( çoox sgl-un komeycun

s_mn (2012-10-11 13:33:42)
Yuxarıda bu barədə qeyd etmişdim... Bəzi faylları qüsurlu, bərbad formada açır... Təəssüf ki, bu barədə kömək edə bilməyəcəm :( Hər halda həmin word sənədlərini saxlayın, bəlkə sonra hansısa üsulla bərpa edə bildiniz...

azeri (2012-10-11 12:59:53)
Recuva proq.i ilə açdım, şəkillər və musiqilər tapıldı, word yazilari da tapildi amma acmir, uje word-du asagidaki sekildeki veziyyetden hec cure acmag olmuyacag he? http://imgs.su/tmp/2012-10-11/1349942340-452.jpg

s_mn (2012-10-11 12:02:49)
Yəqin ki, ardıcıllığı səhv yazmısınız, ona görə ele alınıb. Tutaq ki, Sizin fleş fart F-dir. Onda belə olmalıdır; http://imgs.su/tmp/2012-10-11/1349938581-497.jpg Bu üsul gizliliyi aradan qaldırmaq üçündür. Əgər fayllar silinibsə o halda yuxarıda qeyd etdiyim proqramlar işə yarayacaq...

azeri (2012-10-11 11:29:25)
III usul da belə oldu ((( http://imgs.su/tmp/2012-10-11/1349936933-452.jpg

s_mn (2012-10-11 10:53:50)
III üsulu dəqiq yoxladınız? Silinmiş (pozulmuş) faylları da geri qaytarmaq olur. Lakin bəzi fayllar qayıtsa da qüsurlu olur. Tutaq ki, hansısa Excel sənədi qayıtdı, ancaq, sənədi açdıqda görürük ki, sənəd bərbad haldadır (cədvəllər qarışıb, düsturlar silinib vəs.). Faylları geri qaytarmaq üçün (bərpa etmək) üçün bir çox proqramlar var. Məsələn: Recover My Files (pullu), Active File Recovery (pullu), Recuva (pulsuz) və s. Mən məsləhət görərdim ki, özünüz bərpa etməyə çalışmayın, bu mövzuda təcrübəsi olan başqa birisi bərpa etsin, tutaq ki, kompüter "usta"-sı...

azeri (2012-10-11 09:16:52)
xeyir əmin deyiləm, 1 dəfə də belə olmuşdu, başqa komp.e saldım və gördüm ki, hide olub, həmin komp.de duzeltdim, sonra öz komp.de acanda hamısı açıldı. Amma indi skriti formasında bir papka açır "RECYCLER" i vso Bəs pozulubsa həmin papkalar, olari geri qaytarmaq olmur?

s_mn (2012-10-10 15:39:59)
winrar proqramı ilə dediyim üsul; http://www.imgs.su/tmp/2012-10-10/1349865151-497.jpg III üsul Tutaq ki, Sizdə olan fleş kart F:-dir, yəni, F hərfi ilə adlandırılıb... Beləliklə, Пуск/Выполнитъ/ cmd yazın, açılan pəncərədə; F: yazıb Enter basın, attrib -s -h /s /d *.* yazıb Enter basın, faylların həcmindən asılı olaraq bir müddət sonra fleş kartda olan fayllar görsənəcək... Və, nəhayət, Siz əminsiz ki, fleş kartda olan fayllar silinməyib?

azeri (2012-10-10 15:13:27)
II usulu eledim, orda ele 1 yazilib, o deyil I usulda ctrl+O harda edim?

s_mn (2012-10-10 14:57:48)
Üzr istəyirəm, regedit-i qeyd etməmişəm... Пуск/Выполнитъ/ açılan pəncərədə regedit yazın.... I üsulda winrar proqramını açın/ Klaviaturadan Ctr+O düymələrini basın/ Fleş kartı seçin, gizli fayllar görsənəcək/ Lazım olan faylları seçib Alt+A düymələrini basın/ C:, D: disklərindən birini, yaxud "Рабочий стол"-u seçib faylları arxivləşdirin.... Gizli fayllara baxmaq üçün Nero proqramından da istifadə edə bilərsiniz...

azeri (2012-10-10 14:07:52)
I usulu vapse ede bilmedim II usul da alinmadi, bu sekildeki yazi yazi geldi http://imgs.su/tmp/2012-10-10/1349860031-452.jpg

s_mn (2012-10-10 13:18:31)
Səhv etmirəmsə rus dili olanda da registr dili ingilis dili olaraq qalır, yəni, Пуск/Выполнитъ/HKEY_LOCAL_MACHINE>SOFTWARE/Microsoft>Windows/CurrentVersion/Explorer/ Advanced/Folder/Hidden/SHOWALL bölməsindəki CheckedValue açarını açın, “значение” (value data) bölməsində 0 yazılıb onu 1 ilə əvəz edin. I üsulu yoxladınız?

azeri (2012-10-10 11:09:31)
s_mn, men komp rus dilinde, olar hemin bolmeleri rus dilinde yazasiz? çox xahiş edirəm

azeri (2012-10-10 11:06:02)
onu eləşiməm, tapılmadı, hide olmuyub diyəsən vapşe pozulub

s_mn (2012-10-10 10:58:14)
Əgər yuxarıda qeyd edilən əməliyyatdan sonra da fayllar görsənmirsə onda; I üsul - winrar proqramında fleş kartı açın, çox güman ki, fayllar görsənəcək və həmin faylları seçib başqa qovluğa köçürün, II üsul - Start/regedit/HKEY_LOCAL_MACHINE>SOFTWARE/Microsoft>Windows/CurrentVersion/Explorer/Advanced/Folder/Hidden/SHOWALL bölməsindəki CheckedValue / açarını açın, "значение" (value data) bölməsində 0 yazılıb onu 1 ilə əvəz edin.

Onar Alili (2012-10-10 10:40:39)
Salam

E. Hacı (2012-10-10 02:02:21)
Salam. Bəli çox güman ki fayllar hidden olub. Folder options-dan show hidden files seçin və ya başqa kompüterdə edin bunu, çünki ola bilər bu funksiya da virusa görə öz kompüterinizdə normal işləməsin

maxxam (2012-10-10 00:46:07)
Bəlkə HİDE olub ?! POKAZAt Sekritniye Fayli - avtive ele.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Silinən qovluğun geri gətirilməsi.

Silinmiş faylın geri qaytarılması

Flash kart

Flashkada qovluq itir

İkonları qovluğa əlavə etmək

Gizli faylların görünməsi