Galaxy S3-də Azercell 3GMAX Modem

Salam. Sualım çox sadədi kimsə Galaxy S3-də azercellin 3gmax modemini işlədib? Mən digər 3g modeləri telefona qoşuram işləyir ancaq 3gmax modemini qoşanda data kart üzərində yaşıl ışıq yanır ancaq internetə qoşula bilmirəm. Qoşulmanı Micro USB 2.0 OTG Kabel ilə edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Cabbarov Sübhan (2012-10-10 17:32:28)
Mən huawei 3g modem istifadə etmişəm. Amma o diyəsən xüsusiylə android telefonlar üçün idi. 100% işlədiyini görmüşəm. Azercellin data karl da işləyən kimidi ancaq internetə qoşulmur. Həm də telefonu USB hub ilə eyni andan 4 usb cihaz qouşam rahat işlədir. Burdan bax

Ruslan Butdayev (2012-10-10 14:17:08)
data kartin ishlemeyi ne derecede realdi bilmirem.. her hslda datakartin ozunun driveri var mence ustelik hemin modeli modem kimi support edecek android? real gorunmur.. alinsa bele zaryatka chatdirmaq olmaz ona., real variant deyil )) Elvin duz deyir hec bir optimalligi yoxdur))

E. Hacı (2012-10-10 13:43:06)
İphone və Android(ailə). Məncə məna anlaşılır.:) Qaldı datakarta, yuxarıda da yazdım mən işlətməmişəm, amma adi usb flaşkanı taxıb işlətmişəm işləyib normal.

Ruslan Butdayev (2012-10-10 13:32:15)
ios android ya iphone android?)) / zakaz elemisem gelir android ))/ usb support edir ki datakarti?)) tok oturur lazimi qeder ?)

E. Hacı (2012-10-10 12:39:52)
Söhbət iPhone-dan yox, Androiddən gedirsə, eksperiment imkanları sonsuzdur :)

Ruslan Butdayev (2012-10-10 12:23:51)
modemi telefona nece qoshursuz))? yeni texnalogiyadi?

E. Hacı (2012-10-10 11:35:59)
Aha abunə nömrə almısınız müqavilə ilə? Deyəsən 1 il hər ay 10 azn ödəmək məcburidir hə? Telefonun öz sim nömrəsi ilə 10 azn-ə elə 1-2 GB(kampaniyasız və kampaniya ilə) verir Azercell. Bakcell və ya Nar işlədirsinizsə, daha çox verirlər. Bir sözlə yenə də optimal yol kimi görünmür sizin istəyiniz. :) Həm pul eyni məbləğ çıxır, həm də ki belə dolayı və narahat və səliqəsiz həll lazım kimi görünmür.

Cabbarov Sübhan (2012-10-10 11:29:43)
Hacı məntiq puldadı :D . 3GMAX modeminə hər ay 10 manat verirəm, onu da heç 1-2 GB işlətmirəm. Düşündüm ki çöldə olarkən istifadə etmək olsaydı əla olardı. Həm də telefonda internet paketləri sərfəli deyil. Bir yolunu tapıb işlədəcəm :)

E. Hacı (2012-10-10 09:56:22)
Salam. Mən maraq üçün S2-də qoşmuşdum heç nə tanımamışdı. Bir də maraqlıdır bu işdə məntiq nədir ki? :) Galaxy S3-ün öz daxili 3G modemi maşallah 3gmax-dan da güclüdür, stabildir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azercell MIFI yoxsa Nar Wi-Fi?

Azercell webmesaj 2.3 connect problem ?

Kontur yollamaq

Android ƏS-ə aid 7 sual.

data kartı dəyişmək

Zəngimcell saytı qurmaq