Samsung Galaxy S3 vs Note II

Salam. Sualım Samsung işlədənlərdir. Bu yaxınlarda Samsung telefon almaq istəyirəm amma dəqiq seçim edə bilmirəm. İnternetdə baxdım Note II daha üstün görünür. Sizlərin məsləhətini də almaq istədim. Sizcə S3 yoxsa Note 2?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Tarlan Umudov (2012-10-11 18:07:38)
Ətraflı fikirləriniz üçün təşəkkürlər.

E. Hacı (2012-10-11 17:37:52)
İndi almaqdan gedirsə söhbət qymətinə görə S3 çox sərfəlidir. 520-530-a gətirtmək olar. Bakıda mağazalarda da 600-dan aşağıdır. Amma Note2 gətirdəndə 670-700-ə başa gəlir, rəsmi qiyməti də yəqin ki 749 azn olacaq. Ya da bəlkə də 699. 700-750 bir planşet üçün çoox bahadır, smartfon üçün də bir az bahadır. S3 isə smartfon kimi idealdır. Note2-nin ölçü narahatlığı da var. Amma qiymət və ölçü maraqlı deyilsə, sırf performans və aparat maraqlıdırsa, təbii ki Note2 nəinki S3-dən, eləcə də hazırda dünyada mövcud olan bütün smartfonlardan qat-qat yaxşıdır və güclüdür.

Qenisoy (2012-10-11 09:04:50)
Note 2 digerinə görə üstündü azda olsa, ama mən s3 məsləhət bilirəm, çünki note2 telefona görə çox böyükdür. Məndə note 1 var idi, yani n7000, işlətməyə rahat deyildi, cibə qoymağ problemi var idi 5.3 dioqnal idi, ama note 2 lap genişlənib və 5.5 olub. sadəcə bir telefonu yox, android platforması üzərində işləyən tableti xatırladır. s3 işlətməyə məsləhətdi

Amil (2012-10-10 20:56:23)
Salam. Bəli, Note 2 üstündür. Eger sizə 5.5" telefon rahatdırsa, nəyə görə almayasız. Digər SGS3 telefonunun da parametrləri yaxşıdır. Mən şəxsən bu ikisi arasında seçim etməli olsaydım, Note 2 alardım. Uğurlar!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung Galaxy s3-də problem

iPhone 4S vs samsung galaxy s3

Samsung Galaxy S3 yoxsa Samsung Galaxy Note2?

Silinmiş şəkilləri qaytarmaq

Ebaydan Samsung Galaxy S3 almaq istəyirəm

Sony Xperia Acro S yoxsa Samsung Galaxy S3 ?