Sizcə hansı daha məqsədə uyğundur? HTC DESIRE C YOXSA NOKIA LUMIA 610

Salam. Mən bu mobil telefonlardan birini almaq istəyirəm.Sizcə hansı daha məqsədə uyğundur? HTC DESIRE C YOXSA NOKIA LUMIA 610 ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2012-10-13 23:42:04)
Hər ikisi büdcəli smartfondur. Bir-birləri qarşısında öz üstünlükləri var. Amma müqayisə etdikdə HTC Desire C seçimi daha düzgün olar. HTC üstünlükləri: Əməliyyat sisteminin daha advanced və tənzimlənəbilən olması. Korpus dizaynının Lumia 610-dan daha qəşəng, ələyatan və 30 qram yüngül olması RAM-ın iki dəfə artıq olması. İç yaddaşın azlığına rəğmən Lumia-dan fərqli olaraq 32 GB micro sd dəstəyinin olması. Lumia 610-un üstünlüyü var 1-2 dənə Nisbətən güclü prosessor Daha sıx pixellər. Cüzi də olsa(70 mAh) daha güclü batareya Bir az daha ucuz

Namiq Bəndəli (2012-10-13 20:41:22)
heç düşünmədən: HTC! WP platforması hələ ki çox çiydir.

Desmond (2012-10-10 21:24:37)
Qiymətləri bir-birinə yaxındır.710 daha bahalıdır.Onun qiymətinə daha yaxşılarıda var

Amil (2012-10-10 19:22:00)
*Amma

Amil (2012-10-10 19:21:19)
Salam. Fərq çox olmasa da Lumia 610 üstündür. Amna, nəyə görə Lumia 610? Lumia 710 optimal variant olardı.

Tarlan Umudov (2012-10-10 19:18:22)
Salam. Mən şəxsən windows telefon almazdım. Yəni HTC seçərdim. Aralarında bir çox fərq olmasa da bura girim baxa bilərsiz.