Salam mən ebaydan mal sifariş vermişəm. Mal standard göndərişlə göndəriləcək. Mən maraqlanırdım ki mal təxminən nə qədər vaxta gələr? Bir də mən malı poçtdan nə ilə götürəcəm, yəni malın nəsə kodu olur yoxsa nə olur?
mobil Cavablar.net
Salam mən ebaydan mal sifariş vermişəm. Mal standard göndərişlə göndəriləcək. Mən maraqlanırdım ki mal təxminən nə qədər vaxta gələr? Bir də mən malı poçtdan nə ilə götürəcəm, yəni malın nəsə kodu olur yoxsa nə olur?
mobil Cavablar.net
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
2
Salam. Normalda 7-10 gün ərzində çatdırılır. Amma malın yerləşdiyi yerdən asılı olaraq malın gəlişi gecikə də bilər. 20-25 günə kimi. Əgər Honk_kong kimi və başqa uzaq yerlərdə yerləşirsə. Mal gələndə sizin şəhər nömrənizə ATS-dən zəng gələcək. Özünüz də zəng edib malın gəlib-gəlməməsi ilə bağlı öyrənə bilərsiz.
0
Çox sağol. Bir də mənim sifariş verdiyim malın qiyməti 1.65 sent idi, göndəriş də free shipping idi. Amma mənim hesabımdan çox pul çıxıb. Bu necə mümkün ola bilər?
1
1 dollar və 65 sent deyək. Bəs sizin hesabdan nə qədər məbləğ çıxılıb?
0
4 dollar 60 sent çıxıb, amma paypaldakı hesabımda 1 dollar 65 sent çıxıldığı yazılır. Bir də mən paypal hesabını təsdiqləməmişəm. Bu problem olmaz ki? Amma paypalda maili təsdiqləmişəm.
1
PapPal hesabinizi təsdiqləməmizsə necə sifariş etmisiz malı? Siz banka zəng etməli ilk öncə və 4 rəqəmli kodu öyrənib təsdiq etdikdən sonra sifariş etməli idiz. Əlavə suallar üçün buraya daxil olun PayPal haqqında bir çox suallar cavablandırılıb.
0
Paypalda cardı qeydiyatdan keçirdim. Amma banka kod gec gəldi deyə yenə göndərdim. Amma yoxlanış üçün hesabdan pulu çıxmışdı. Amma kodu yenidən istəmişdim deyə o gələn kodu qəbul etmədi. Yazdı ki kod köhnədir.
1
1 dollar pul çıxmalıdır. Kod banka həmin saniyə arzində gəlmir. Minumum 24 saat sonra zəng edin hətta ola bilsin 2-3 gün çəksin. Şənbə və Bazart günləri də daxil olmaqla.
0
Bəs bu artıq pul çıxmanın hesabın təsdiqlənməsi ilə əlaqəsi ola bilər?
Sual verin
Cavab verin