Nokia Lumia 920 yoxsa Xperia T/TX ?

Sizcə bu iki smartfondan hansı daha yaxşıdır?
mobil Cavablar.net

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Amil (2012-10-18 22:24:54)
Xperia T və TX arasında çox az fərq var. TX daha nazik (8.6 mm) və daha yüngüldür (126 qram). Amm, Xperia T'də batareya daha yaxşıdır (1850 mAh və 1750 mAh). http://www.xperiablog.net/2012/08/31/specifications-compared-xperia-ttx-vs-xperia-v-vs-xperia-j Təşəkkür;)

Hidayət (2012-10-18 21:59:12)
Amil. Çox sağol. Bu saytda məsləhətini almaq istədiklərimdən biri də sənsən. Və hər dediyinlə də razılaşıram. Amma bu biraz şəxsidir. Yəni WP interfeysi cəlbedici olsada Android rahatlığını vermir. Həm də öyrəşmişəm artıq. Düzünü desəm fərqli bir şey istəyirəm. Galaxy s2 işlədirəm və ona görə də S3 mənə maraqsız görünür. Xperia-da Timescape Uİ dəhşətdi. Həm də mən Walkman xəstəsiyəm. Sony mənim üçün bir dünyada 1 nömrəli brenddi. Ona görə də Xperia T. (ya da TX. hələ də fikirləşirəm. bu barədə də kömək et zəhmət olmasa ;) )

Amil (2012-10-18 19:31:17)
Yuxarıda səslənən bəzi fikirlər ilə razı deyiləm. 100000 tətbiq- Azdır. Amma, nəzərə almaq lazımdır ki, Windows Phone yeni bir məhsuldur. 100000 tətbiqə Windows Phone Marketplace cəmi 20 aya çatdı, hansı ki, Android Market buna 2 ilə nail olmuşdu. Windows Phone Store çox sürətlə inkişaf edir. Bu dəqiqəyə əsasən, marketdə 111450 app var. Instagram- Coming Soon:) Əksəriyyəti primitiv və zay- Bir-iki tətbiqə görə primitiv və zay demək olmaz. Metro interfeysdə hazırlanmış tətbiqlər Android və iOS'dakı tətbiqlərdən çox fərqlənir (yaxşı mənada). Adi MetroTube belə, Androiddəki YouTube tətbiqindən dəfələrlə yaxşıdır. Play Store'da developer kimi qeydiyyat pulsuzdur, WP Store'da qeydiyyat isə 99$-dır. Ona görə də Android Marketə kim nə istəyirsə, onu da qoyur. Əksəriyyəti də bir-birinə oxşuyur, elə bir copy+paste olunub. Tam məsuliyyətlə deyirəm, demək olar bütün rəsmi tətbiqlər Windows üçün var. Bircə İnstagram, Dropbox, TechCrunch, Firefox (Windows Phone SDK icazə vermir) yoxdur. ___ Təbii ki, hər kəsin seçimi fərqli ola bilər. Xperia T-ni sağlıqla işlədəsiz.

Hidayət (2012-10-18 11:35:56)
Şəxsən mən özümü WP-da rahat hiss etmirəm. Elvin Hacı nə deyir odu mənim üçün :)

Onar Alili (2012-10-18 10:49:50)
"Həm də Multi Tasking söhbəti var." Windows Phone`da multi tasking 7.5 versiyasınan artıq var. Nokia Lumia 920 isə yep yeni sistem Windows Phone 8 ilə gəlir.Bu sistemin gəlməsi marketdə app. artmasına səbəb olacaq,çünki deyilənlərə görə windows 8`də işləyən programlar asanlıqla windows phone 8 miqrasiya oluna biləcək və windows phone,windows sistemləri ilə mükəmməl sinxrazasya içində olacaqlar. Məncə Windows Phone 8 yenilikləri ilə maraqlanın. inşAllah blogumda bu barədə post yazmağı fikirləşirəm. Qaldi app. az olmasına çox-çox heyf ki Microsoft 99$ edib developer kimi qeydiyyatdan keçməyi bu çoxların qarşısını alır.Hansısa proqramçı pulsuz app yazır,xeyr məqsədi güdmür qarşılığında isə pul ödəməyi düzgün alınmır.

E. Hacı (2012-10-18 10:10:29)
100min tətbiqetmədin də əksəri primitiv və zay app-lardır. Özüm bir neçəsini yoxladım, adi file manager axtarırdıq, neçə dənəsi "brak" çıxdı, və ya özünün ayrıca daxili qeydiyyatdan keçməsini , İD əldə etməsini tələb etdi və.s. Düzdür, İOS appstore və PlayStore-da zay app-lar var, amma orada seçim çoxdur və filtr əla aparılıb deyə axtarış kəlməsinə görə ilk çıxan app-lardan əminsən ki bunlar 100% işə yarayır və bir düyməylə işlək hala gələ biləndirlər.

E. Hacı (2012-10-18 10:06:21)
Təxminən bərabər səviyyəli smartfonlardır. Amma müəyyən üstünlük Nokianın tərəfindədir. Aparat təminatında bir yandan Sony nömrə birdir, amma bir yandan da Nokia sırf telefon aparat təminatı üzrə çox keyfiyyətlidir və Lumia 920 üzərində çox işləyib, xeyli yeniliklər edib. Düzdür, şəxsən mən hazırki S2 smartfonumu bunlardan heç birinə dəyişmərəm, yəni o qədər də ciddi səbəb görmürəm. Amma smartfonum olmasaydı bu iki smartfondan birini seçəsi olsaydım, Xperia T seçərdim, çünki Lumia-nın dediyim aparat üstünlüklərinə baxmayaraq Android Androiddir, və bu open source və azad ƏS ilə müqayisəyə gələcək mobil ƏS hələ ki mövcud deyil. Windows Phone və İOS özlərinə görə təbii ki yaxşı ƏS-lərdir, amma hələ ki userə ən yaxşı imkanlar təqdim edən yeganə mobil ƏS Androiddir, rəqibsizdir və yaxın gələcəkdə ona rəqib yalnız Firefox OS ola bilər, başqa perspektiv görünmür. P.S. Əgər bu iki seçimdən başqa seçimə də açıqsınızsa, Galaxy S3 məsləhət görərdim. Çünki bazarın ən yaxşısı hələ ki odur.(ən azı gələn il martadək də o qalacaq)

Hidayət (2012-10-17 23:02:57)
Ancaq Windows Market-i çox zəifdir. Məsələn instagram kimi app orda yoxdu. Mən özüm aktiv instagram istifadəçisiyəm. 100.000 tətbiqetmə hara 600.000 tətbiqetmə hara. Play Store-da 6 dəfə çox app var. Həm də Multi Tasking söhbəti var.

Amil (2012-10-17 19:34:58)
Bu daha çox at və eşşəyin müqayisəsinə oxşuyur;) Lumia 920'ni daha yüksək modellərlə müqayisə etmək olar. Ümumilikdə, Onar Alilinin fikirləri ilə razıyam. Siz Sony'nin arxa korpusunda yazılan 13 rəqəminə inanmayın. Lumia 920 məhz kamerasına görə digər telefonlardan çox üstündür. Pureview, Optical Image Stabilization (OIS), Wireless Charging və s. kimi yeni texnologiyalarının yanında Sony'nin crappy məhsulu nəyə lazım? :) Bir-iki fanDroidin dediyinə inanmayın, Windows Phone işlədin-razı qalın. :D

aydincik (2012-10-16 23:27:28)
düzdü xperia t ondan keyfiyyətlidi amma bu modeldənsə galaxy s3 məsləhət görərdim 599azn qiymətidə düşüb yenədə seçim özünüzündü

Hidayət (2012-10-16 23:18:09)
4G hazırda Azərbaycanda heç kimə lazım deyil. Əsas kamera, dizayn və güclü prosessor gərəkdir deyə düşünürəm. Və öz sualımı Xperia T olaraq cavablandırıram. :)

aydincik (2012-10-16 23:08:53)
mən lumia modellərin məsləhət görmürəm onnansa android sistemli samsung alsanız daha məsləhətlidir

Onar Alili (2012-10-16 22:28:44)
Salam Əla smartfonlardır.Mən Nokia Lumia 920 seçərdim. Seçmə səbəbim : Yeni texnologiya. 4G dəstəyi. Nokia Lumia 920 kameradan başqa heç bir parametirində geri qalmır digər smartfonlardan. Burdakı qarşılaşdırma ilədə tanış olun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Men Nokia Lumia 520 ilə Oynayanda Arxası qızır

Nokia Lumia 920 NFC problemi

Xperia T/TX yoxsa Galaxy S3 ?

Xperia T Azərbaycana nə vaxt gələcək?

Xperia GX modelinin fərqləri.

Oyun problemi.