Facebookda səhifə adının dəyişdirilməsi

Facebookda Səhifə (page) adını dəyişdirmək mümkündürmü? Facebookda qeyd olunur ki, səhifənin istifadəçi sayı 200 nəfərdən artıqdırsa, ad dəyişdirmək mümkündür. Sualım odur ki, səhifə adının dəyişdirilməsinin hər hansı yolu varmı? Məqsədim, 360 istifadəçisi olan istifadə etmədiyim FB səhifəsinin adını dəyişmək və digər temalar üzrə istifadə etməkdir. Bilənlərdən köməklik göstərmələri xahiş olunur. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

seaman (2012-10-24 10:32:54)
Aydındır. Təşəkkür edirəm. Mənə sadəcə 200 nəfərdən çox olan FB səhifəmin adının dəyişdirilməsi lazım idi. Belə görünür ki, bu mümkün deyil.

Tural Əlisoy (2012-10-18 20:01:43)
Salam. Əgər 200-dən çox olmasa idi dəyişə bilərdiniz. İndi isə mümkün deyil. Burada göstərilibdir. https://www.facebook.com/help/?faq=271607792873806

Ilkin Alizadeh (2012-10-18 18:08:42)
Salam. Səhifədə yuxarıda İdarəçi panelində "Səhifəyə Düzəliş Et" yazılıb onun üzərinə klik edin sonra siya görsənəcək , Həmin siyahıda birinci gələn "Məlumatı yenilə" sözünü klik edin açılan səhifədə Ad yazılıb həmin yerdən əvvəlki adı təmizliyin yerinə yazmaq isdədiyiniz yeni adı yazın və sonda aşağıda "Yadda Saxla" yazılıb , həmin yazını klik edin Vəssalam.