fb.me keçidi haqqında

Salam. Tvitter-də paylaşılan bəzi tvitlərdə görürəm ki , link kimi fb.me/ yazılır. Sualım belədir ki , bu nə üçündür? və bunu necə etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ferdin (2012-10-19 23:37:59)
http://www.twitlonger.com/index.php/main_new Ve ya http://www.long-tweets.com/ Dan istifade ede bilersen

Ilkin Alizadeh (2012-10-19 02:51:18)
Tvitter-də bir dəfə tvit paylaşmaq istədim amma tvitdəki cümlələr çox olduğu üçün paylaşa bilmədim , yəni ki , paylaşmaq mümkün olmadı.Sualım belədir ki , fb.me/ yəni ki , link formasında necə paylaşa bilərəm hansısa tviti? yəni ki , facebook profilim vasitəsilə deyirəm , facebook-da hər-hansısa page-im yoxdur.Facebook profili vasitəsilə bu link kimi , yəni ki , fb.me/ tviti , tvitter-də paylaşmaq mümkündür? mümkündürsə bunu necə edim?

Ilkin Alizadeh (2012-10-19 02:46:46)
Çox sağ olun.

Namiq Bəndəli (2012-10-18 23:36:32)
turalın cavabına əlavə olaraq: Niyə bəs facebook.com yox fb.me? Çünki; Tvitterdə 140 simvoldan ibrarət mesajın bir hissəsini də [code]http://www.facebook.com/photo.php?pid=34161959&l=3690cb0a00&id=13347........[/code] kimi uzun uzadı link almasın deyə linki qısaldaraq [code]fb.me/15vxE1o45[/code] halına salırlar.

Tural Əlisoy (2012-10-18 20:06:39)
Salam. Bu facebooka məxsus bir domendir. Facebookdan twitterə bağlanmış səhifə və hesablarda uzun olan statuslar tvitterə avtomatik göndərildiyi zaman bu link görsənir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

android facebook parol

facebook-da mesaj silmək

facebook-da hesabıma daxil ola bilmirəm

Facebook profili silmək

Facebook Fan page-ində əlavə bölmələr

Facebook rəhbərliyinə necə müraciət edim?