Payzadan Azərbaycanda pul çəkmək.

Payzada küllü miqdarda pulum yığılıb qalıb. Amma problem var. Dolayı yolla da olsa Payzadan AZƏRBAYCANda pul çəkmək mümkündürmü? Misal üçün Payza->....->Webmoneydə ola bilər və yaxud hər hansı başqa yolla. Webmoneydən dəqiq bilirəm ki, pul çəkmək olur mənə pulu çəkməyə qədər olan prosedur (sayt, exchange və s.) lazımdır. Mümkündürsə reytingi yüksək olan exchange saytlarıda ola bilər. Buyurun cavablarınızı gözləyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Amil (2012-11-13 22:42:56)
Salam. Bir az axtardım və tapdım: https://www.payza.com/support/payza-authorized-exchangers

Kamran (2012-11-13 22:13:00)
Bəli müzakirə olunub amma cavablar daha çox cavablandırılmamış sualların azalması xatirinə verilib. Azərbaycandan istənilən kartla(maestro xaric) Payzaya pul köçürtmək olur qəbul eləmək olmur. Payzadan pulu valyuta dəyişmə saytlarında webmoneyə dəyişdikdən sonra BBA dan çəkmək olur.

E. Hacı (2012-11-13 11:51:23)
Salam. Payza yazın axtarın bu saytda, neçə dəfə müzakirə olunub. Deyəsən olmur çəkmək.