Android telefona yüklənən mahnı itir

android telefona mahnı yükləyirəm. telefon kompüterlə əlaqələndirilmiş olanda playlistde mahnı görsənir. amma telefonun özündən playlistə girəndə mahnını tapa bilmirəm. yüklədiyim son 3 mahnıda belə olub. bəlkə kartın yaddaşı ilə bağlı problem var deyə belə olduğunu düşündüm. bəzi şeyləri sildim. restart etdim. yenə də tapılmır mahnılar. neyləməli?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Tural Əlisoy (2012-10-21 19:00:05)
o zaman afərin sizə :)

Efsane (2012-10-21 15:41:42)
tapdım. necə ki, köhnə telefonlarda yeni mahnı yükləyəndən sonra update library edəndən sonra mp3 playerdə mahnı göstərirdi. burda da library-ə girib all songs-un içində o mahnıları tapıb hər ehtimala qarşı hərəsini də bir dəfə oxutdum. və sonra yenə listdə tapdım :) təşəkkürlər. dahiyik :D

Efsane (2012-10-21 15:36:56)
o app-la axtardım, amma yenə tapılmadı :( məsələ də burasındadı ki, mən yalnız telefona komp.dan baxanda orientasiya tapıb fayllarımın yerləşdiyi yeri görürəm. tel.in özündə yoxdu elə bir şey. məsələn, mən komp.dan telin yaddaşındakı music papkasına girirəm, orda 4 müxtəlif papka görürəm. bunları keçmiş telefonumda yaratmışdım. və həmin kartı indiki telefona salmışam. amma telefonu komp.dan ayırıram və girirəm menyuya. orda music bölməsinə girən kimi birbaşa mp3 player-ə girir. hansısa papka filan görünmədən.

Tural Əlisoy (2012-10-21 15:22:29)
yəni fayllarınızı yerləşdiyi yeri nəzərdə tuturdum. bu telefon haqda "korkarım yardımcı olamıyıcam" :) ancaq dediyim appı install edin görün mahnı hara düşüb

Efsane (2012-10-21 15:11:00)
telefonun markasi htc explorer. yaddaşı deyərkən harda? düzü elə playlistdə axtarıram. çünki başqa hardasa axtarmaq olmur. məsələn, telefonda mahnıları filan qruplşadırmaq istəyəndə belə kompüterdən edirəm bunu. telefonun özündən etmək mümkün deyil deyəsən.

Tural Əlisoy (2012-10-21 14:15:15)
Telefonun yaddaşında da göstərmir mahnı? Əgər elədirsə bu appdan istifadə edin. Yeri gəlmişkən telefonun markasında qeyd etsəniz daha yaxşı olardı