Ubuntu haqqında suallarım var

Salam. Mən indi Windovs 7 işlədirəm.Ubuntu yükləməyin mənə nə kimi xeyri olacaq.Yəni ubuntu-nun Windovs 7-dən nəyi yaxşıdır? 1.Windovs-a yüklənən proqramlar ubuntuya yükləmək olur? 2.Oyunlar yükləmək olur? 3.Nəyə görə Ubuntu? və.s İndidən təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Amil (2012-10-23 16:30:23)
Xeyr. Əgər çox proqram işlədirsinizsə, xüsusilə də oyun həvəskarısınızsa, Ubuntu-ya keçməyin. Proqramların zənginliyi baxımından Windows idealdır. Amma, işiniz adi iştifadəçi səviyyəsindədirsə, Linux distroları yoxlayın. Ya da ki, hər ikisini bir yerdə işlədin.

Remonal (2012-10-23 16:21:14)
Ubuntunun interfeysi əladı xoşum gəlir.Amma mən çox proqramlar işlədirəm.Deyirsiz əziyyətlidi adam həvəsdən düşür.İndi bilmirəm nə edim.Qorxuram yükləyərəm heç nə alınmaz hamsı hədərə gedər. İndi nə edim.Ubuntu seçməyim doğru olar(bu şərtlərdə)

Amil (2012-10-23 16:07:37)
Ubuntu'nun interfeysi ilə tanış olmaq üçün bura daxil olun: http://www.ubuntu.com/tour/en/

Cabbarov Sübhan (2012-10-23 11:55:31)
Məni hər ikisini işlədirəm. Belə daha yaxşı olur. Proqramlaşdırma, kernel proqramlaşdırma, sistem proqramlaşdırma kimi sahələri Ubuntu-da öyrənirəm. Windows-da isə qalan bütün işlərimi görürəm. Siz də iki əməliyat sistemini rahatlıqla işlədə bilərsiz.

Remonal (2012-10-23 11:24:52)
Nece yeni eziyyet teleb edir?Cox bas qarishdiricidi?

ahmed (2012-10-23 08:24:06)
Bəzən elə olur ki, Windowsdan başqa sistemə keçməyə məcbur olursan, misal üçün sistem proqramlaşdırmanı örgənmək istəsən. Bu halda birqayda olaraq hamı unix -i seçir. Amma məcbur olmayanda misal üçün dizayn işləri ilə v.s. məşğul olanda yenə də Linux -un interfeys gözəlliyi daha cəlbedicidir, amma ən düzgünü özünüzün şəxsən yoxlamağınızdır.

E. Hacı (2012-10-22 23:10:31)
Salam. Sistem olaraq müqayisә etmәk belә düzgün deyil. Tәbii ki Ubuntu Windowsun istәnilәn versiyasından qatqat üstündür. İstәr performans, istәr stabillik, tәhlükәsizlik, sürәt, peşәkar struktur, gizliliyin olmaması vә.s. baxımlardan. Amma Windowsu da üstün edәn mәqam var: proqramların әksәrinin Windowsda olması. belә ki ubuntu nә qәdәr yaxşı sistem olsa da spesifik ixtisas proqramları vә oyunlar baxımdan kasıbdır. Amma hәm oyunları hәm dә proqramları dolayı yolla ubuntuda qurmaq mümkündür, sadәcә bir az әziyyәtlidir

Remonal (2012-10-22 22:43:53)
Mən proqramlarla işləyirəm,Oyunlar oynayıram.Adobe və.s kimi proqramları , oyunları ubuntuya yükləyə bilərəm. Birdə Ubuntunu Vindovs 7 ye format edmək olur.Yəni yükləyəndə seçim gəlməsin normal format.

Amil (2012-10-22 20:13:33)
Salam. Bu suala baxın: http://cavablar.net/2012/02/04/ubuntu-n%c9%99dir/ Yaxşı olardı ki, Linux istifadəçiləri çoxalsın. Beləcə Windows və Linux arasında rəqabət yaranardı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Fujitsu ah532 bios zədələnib

Linux Mint, yoxsa Ubuntu?

Ubuntu 10.10 ilə Windows 7 arasında fayl əlaqəsi

Ubuntuda proqram silmək

Windows XP və 7 yüklənməsi

Windows 7`də hard diskin bölünməsi