wordpress haqqında

Salam mən bilmək istərdim ki, wordpressdə necə valyuta məzənnəsinin və google maps yerləşdirə bilərəm.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

semedov (2012-10-24 14:10:19)
zəhmət olmasa onu əyani olaraq göstərədiz

E. Hacı (2012-10-23 22:47:15)
Siz kateqoriya ilə səhifəni səhv salmısınız. Dahilər adlı səhifəni silin, dahilər adlı kateqoriya yaradın posts bölməsində. Sonra yeni yazılarda kateqoriya yerində onu seçin

semedov (2012-10-23 21:11:19)
yəni mən yazdığım bloqları deyirəm. məs: orda dahilər bölməsi yaratmışam ama ona birdən artiq yazı yaza bilmirəm.

E. Hacı (2012-10-23 21:03:34)
Salam. Necә yәni fayllar? Hansı fayllar?

semedov (2012-10-23 20:55:32)
elvin bəy salam. mən bloqumda hər hansısa bir səhifənin içərisindəki faylları çoxaltmaq istəyirəm. məndə nə yazılırsa hamısı ana səhifəyə gedir. mümkünsə köməklik edərdiz

semedov (2012-10-23 20:52:58)
təşəkkürlər

E. Hacı (2012-10-23 18:13:08)
Əlbəttə. Məsələn Bilikli.net sırf fayda verməkçün yaradılmışdı vaxtilə :) Eləcə də Hexam, Dbouploader və başqa 5-6 global Wordpress pluginləri :) Sadəcə vaxt və imkan olduqca.

Ruslan Butdayev (2012-10-23 17:34:16)
İmkan olanda cəmiyyətə xerli işlər görmək lazımdır ))

E. Hacı (2012-10-23 17:26:10)
Valyuta məzənnələri üçün hazır pluginlər olmalıdır, axtarmaq lazım. Sırf Azərbaycan valyutası üçün isə plugin yəqin ki yoxdur, gərək vaxtım olanda yazam, 1 saatlıq işdir.

Amil (2012-10-23 16:57:56)
Bir şey yadımdan çıxdı. Xəritənin ölçüsünü dəyişmək üçün Customize and preview embedded map'a daxil olun: Əlavə məlumat üçün: http://en.support.wordpress.com

Amil (2012-10-23 16:50:51)
Google Maps. 1. Daxil olun Google xəritələrə. 2. Hər hansı bir şəhər adını yazın və search edin. (Məsələn, San-Fransisko) 3. Xəritə tam açıldıqdan sonra, Link düyməsinə klikləyin: 4. 5. İkinci qutuda açılan kodu copy edin. 6. Wordpress'ə daxil onun. Posts -> Add New ya da Pages -> Add New daxil olun və kodu Paste edin. 7. Save Draft, Update, ya da Publish seçin.