Worddə, Exceldə tapşırıqlar lazımdır

Salam. Mənə Worddə, Exceldə tapşırıqlar lazımdır. Google-da axtardım yalnız test formasında oldu. Mənsə icra ediləcək tapşırıqlar istəyirəm. Belə sayt bilən varsa yazsın. Təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

thebrave (2012-10-29 03:25:52)
Sadəcə mövzunun adını və ardınca formatını ( asasasa.pptx \ asassasa.docx \ asdadas.exl) yaz və uyğun saytdan yüklə

Namiq (2012-10-26 15:52:08)
Tapşırıq deyəndə ki, kompyuteri təzə öyrənənlər, daha doğrusu Word və Exceli təzə öyrənənlərin biliklərini sınamaq üçün tapşırıq. Orta məktəb İnformatika kitablarında sadə formada var. Mənə daha çox lazımdır.

Mehman Elxanoglu (2012-10-25 21:18:41)
Worddə və Exceldə icra oluna bilən test tapşırıqları necə olur?! İcra oluna bilən test tapşırıqları düzəltmək olar, ancaq Word və Exceldə yox, hər hansı Formda... Elə etmək olar ki, Form lazım olduqda Word və Excelə müraciət etsin... İstənilən halda cavabı Word və Excel üzərindən yox, məhz Form üzərindən verə biləcəksiniz...

Tarlan Umudov (2012-10-24 14:38:10)
Salam. Sualınızı bir az geniş formada yazın. Sizə tapşırıqlar nə üçün və necə tapşırıqlar lazımdır.