JAVA-da müəyyən malın adı və qiymətini saxlamaq üçün massiv tipli alternativ

Salam. Java ilə işləməyə yeni başlamışam. Konsol tipli loqlarla bir oyun yazmışam. Bu oyunda bir hissədə istifadəçi virtual marketə daxil olub, bonuslar ala bilər. Bonuslar marketdə id, ad, qiymət tipli məlumatlar daşımalıdır. PHP olsaydı asanlıqla belə bir şey edərdim. [code] $array[0]=array("name"=>"Bronijilet","price"=>20); $array[1]=array("name"=>"3 addımlıq sıçrayış","price"=>50); $array[2]=array("name"=>"5 addımlıq sıçrayış","price"=>80); [/code] Ancaq bildiyim qədərilə JAVA-da index-lər yalnız int tipli olur. Bəs bunu necə realizə edim? Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

alismayilov (2012-10-29 18:24:06)
Kodu teq içində yazmağı unutduğum üçün yanlış görsəndi. [code] Map <Intger, Multimap <String, Intger>> = new HashMap <Intger, Multimap <String, Intger>(); [/code]

alismayilov (2012-10-29 18:20:41)
Map-dən istifadə etməklə istədiyinizi edə bilərsiz. Təqribən belə bir şey lazımdır. Map<Integer, Multimap> = new Map<Integer, Multimap> (); Multimapdan istifadə etmək üçün Appache Collections və ya Guava istifadə etməyiniz lazımdır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Oyunlar hazırlamaq

Javada online tv

Bakıda hansı keyfiyyətli proqramistlik kursu var?

Web service publish etmək

audio podcast və audio kitablar

Java və Sqlite library