Ən yaxşı reklam sistemi?

Salam, Bayramınız mübarək. Mən hal-hazırda saytım üçün google adsense reklam sistemindən istifadə edirəm. Lakin google-un göndərdiyi çeklərin qarşılığını almaq çox vaxt aparır. 20 günə google çeki göndərir. sonra çeki verirsən beynəlxalq banka, o da ən tez 45 günə, ən gec isə 3 aya pulu sənə verir və 3% də komissiyon haqqı tutur. bu səbəbdən düşünürəmki google sərf eləmir. mənə məsləhət verin saytıma hansı reklam sisteminin reklamların yerləşdirsəm daha məsləhətli olar? biraz məlumat versəniz sevinərəm. Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2012-10-28 01:00:03)
Salam. Adsense-dən yaxşı sistem mövcud deyil, əmin olun. Xaricdə yaşasaydınız xeyli referral saytları deyə bilərdim ki adsense qədər sərfəlidir. Amma burda Azərbaycan auditoriyası üçün o referallar effekt verməz. Google Adsense bir çox ölkələrdə birbaşa və anındaca pulu bank hesaba köçürür, təəssüf ki biz yenə istisnayıq və bizdə yol belə uzundur. Yeganə məsləhətim budur ki çalışın reklamları optimizə edin, aylıq gəlir də 100$ı aşsın, belə olan halda 20+40 gün gecikmənin yalnız bir dəfə hiss edəcəksiniz, sonra artıq dövrə düşəcək və hər ay pul alacaqsınız bankdan. hər dəfə aldığınız 2 ay öncəninki olsa belə.