XP-NİN İCONLARINI 7-YƏ BƏNZƏTMƏK

XP-NİN iconlarından bezdim . İstəyirəm ki windows 7-nin iconları olsun . Belə bir program varmı ki , bu işi görsün ? Indidən təşəkkürlər .

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Onar Alili (2012-10-29 01:51:31)
Salam Burda 5 ədəd var yoxlayın.

ferdin (2012-10-28 21:38:17)
buyur qaqaw bunlari yoxla,eminem ki komek eder : http://www.youtube.com/watch?v=FcKN2Bee5aM ve bu linke de bax : http://www.askvg.com/get-windows-7-icons-in-xp-using-sevenvg-icon-pack/

E. Hacı (2012-10-28 02:38:42)
Digər fikirlərlə işim yox amma bu " istifadecinin internete girenin ve ya musiqiye qulaq asib wekile baxanin neyine lazimdi linux? " kökündən yanlışdır. Digər seqmentləri kənara qoyaq, Linux distrolar məhz o dediyiniz kütlə üçün ideal ƏS-lərdir. Çünki bir dəfə installa illərlə işləyir, sahibinin naşılığı üzündən nəsə silinmir, zədələnmir. virus düşmür və.s. Və ən əsası Ubuntu Unity istifadəsi öyrənilməsi Windows istifadə öyrənilməsindən 10 dəfələrlə asandır. Bu dediklərimi havadan demirəm, həm özüm 3-4 qeyri İT user kompüterinə uğurla tətbiq etmişəm, həm də habrda və digər saytlarda da belə nümunələr kifayət qədərdir. Nənəsinin, bacısının, atasının... netbukuna Ubuntu install etdiyini, 1 günə öyrəndiklərini yazanlar N qədərdir. Hamıda da nəticə eyni, öyrənilmə 1-2 gün, uzun müddət problemsiz istifadə, performans da daha sürətli,daha yaxşı.

Amil (2012-10-28 01:21:45)
MacBook barədə mən də razıyam. Xüsusilə də, dizaynından və onun içindəki MAC'dan (MAC Unix'in pullu distrosu üzərində qurulub). Amma MacBook Pro yox, MacBook Air alardım. Çünki, Apple'in MacBook Pro'sunun Air'indən yeganə üstünlüyü Retina displey olmasıdır. Halbuki, MacBook Air ölçü, yüngüllük və qiymət baxımından sərfəlidir. Yenə də, Apple MacBook Pro'nu Retina ekran adı ilə yablofanlara sırıyacaq.

Ruslan Butdayev (2012-10-28 01:08:10)
APPLE baresinde de razi deyilem)).. Apple tek ipad iphone dan ibaret deyil.. shexsen menim bu deqiqe pulum olsa emin ol ki macbook alaram.. 2 3 gun mende qaldi macbook pro i5. cox gozel ishleyir heqiqeten emeliyyat sistemi olaraq mac od cox gozledi..(Freebsd esasli deye bilerik tamda olmasa).. qusursuz deyil tebii ki.. ama linux ve windowsdan ustundu cox sheyde... apple in devicelari gorunushune gore cox qewengdir. insani celb edir.. duzdu coxx bahadir raziyam.. neyse )) arada marketingin qurbani oluruq )) ama omaliyiq da )) heyatin qanunudur ))

Amil (2012-10-28 01:04:27)
İlk dəfədir ki, sizinlə razılaşıram))) Amma, mən heç vaxt XP tərifləməmişəm, və istifadə etsəm də, məcburiyyət üzündən istifadə etmişəm. O zamanlar əsasən, Linux Mint istifadə edirdim. Amma, Windows 7 və Windows 8 (xüsusilə də, Metro interfeys)) doğrudan da, gözəl əməliyyat sistemidir. Windows 8 isə həm planşetlər, həm də PC'lər üçün nəzərdə tutulub. Nexus AzPad'ı yoxlayıb-test etmişəm. Düzdür, beta versiyada idi, amma, yenə də super işləyirdi. Gərək özümə Surface Pro alım . :D Ayrıca Market Share, Windows 8'in performans və sürəti ilə bağlı + fikirlərinizlə də razıyam. Bu dəqiqələrdə, Microsoft və Google hər şeyi düzgün edir, Apple isə 90'cı illərə qayıtmalı olacaq. :)

Ruslan Butdayev (2012-10-28 00:51:09)
Arada sizin kimi dushunurem mende ama dogru fikir deyil.. Bazar teleblerine cavab vermek lazimdi ! Bazarin 80%windowsdu demek olar ki esas istiade olunan lazim olan her shey windowsdadi ve ya ilk windows uchun yaranir. linux bazarda pay sahibi deyil 2 3 5 8% 80% in yaninda bazar payi deyil heqiqeten.. *nix sadece server terefde tehlukesizlik ve uzun omurluluk uchun gozeldir.. istifadecinin internete girenin ve ya musiqiye qulaq asib wekile baxanin neyine lazimdi linux? ona gore de windows hech vaxt olmyecek hemiwe de olacaq.. dunyada 80% yaxin insan windowsdan bawqa emeliyyat sistmini tesevvur bele elemir.. neyse hal hazirda win 8 ishledirem (duzdu netbook touchdi ) duzu ilk tesseuratlar coox eladi.. bilmirem nedendise win 8 touca cox uygunlashiub hemde daha rahat daha suretlidi bir nov ele bil.. bilmirem belkede bele gizlemirdim deye mene ele gelir.. Birde ki Amil sen deyildin IOS, Android pisdi Win 8 qan qan deyen indi ne oldu)))?

E. Hacı (2012-10-28 00:49:56)
Bunun üçün N qədər theme-lər var. Google-da windows 7 theme axtarın

Amil (2012-10-28 00:42:36)
Dahi şairimiz Nizami Gəncəvi yaxşı yazıb: "İtə nə rəng vursan, itdir, aslandan, Qalan sümükləri yeyər hər zaman." :) İndi bu XP'yə də nə rəng vursaz, elə XP'dir. əS-inizi dəyişin Linux'a, Windows 7'a, ya da ki, Windows 8'in bura gəlib-çatmağını gözləyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Köhnə komputerə WindoWs 7 yazmaq

Windows 7-də komputerin dilini dəyişmək

windows 7 driver yükləmək

Ubuntu ilə windows xp-ni bir yerdə işlətmək olar?

WINDOWS 7 hərflərin sual işarəsi kimi görünməsi

Disk yükləmədə nasazlıq!