Sayt üzərin satış etmək istəyirəm, bildiyim qədəri ilə bu xidməti verən Goldenpay şirkəti və Azərcarddır. Goldenpay-lə maraqlandım bu xidməti qoşmaq üçün əvvəldə 150 AZN xidmət haqqı + 200 AZN illik ödəniş və s.
Ama istədiyim ucuz və sərfəli daha hansı variantların olmasıdır? Yəni hansı üsullarla online satış işini qurmaq daha uyğun olar?
Çünki əvvəlcədən pul qoymaq imkanım yoxdu satış işinin qurulması üçün, əgər uğurlu alınacaqsa təbii ki satış üçün daha sürətli və rahat sistemin qoşulmasına pul xərcləmək olar.
Əvvəlcədən təşəkkürlər 🙂
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam. İlk öncə bir şeyi deyim. Etiraf edək ki, 150 azn elektron ticarətə, elektron xidmətlərə başlayan bir layihə üçün çox cüzi bir məbləğdir. Yəni bizdə bir qədər səhv yanaşma var ki, pulsuz başlayım pul qazanım sonra pul xərcləyərəm. Dünyada heç yerdə belə şey yoxdur. Bu tip proyektlərdə pul xərclənməsə, heç vaxt normal pul da gələ bilməz. Bu iqtisadi həqiqətdir. Ciddi server=pul, saytın tanıtımı = pul, saytın peşəkar hazırlanması(kod,dizayn,verstka,dəstək,inteqrasiya və.s.) = pul və.s.
Gələk xidmətin özünə. Azericard tam pulsuzdur. Qoşulma da pulsuzdur, illik ödəniş yoxdur, hətta dəstək və saytınızla kod inteqrasiyada kömək də pulsuzdur.
Amma həm Goldenpay həm də Azericard sahibkar VÖEN-i tələb edir. Goldenpay deyəsən hətta hüquqi şəxs(şirkət sahibi olmağınız) tələb edir.
Amma Azericard fiziki şəxs VÖEN-i tələb edir yalnız. Vergilər Nazirliyində VÖEN açmaq, daha sonra ona uyğun bank hesabı yaradıb notariusda təsdiq etmək lazımdır. Sonra da bank və VÖEN sənədlərini götürüb Azericard-a yollanmaq
0
ilk öncə sifarişlə satın (Bank, Poçt) 😀
0
Çox sağ olun Elvin bəy, geniş izah üçün təşəkkür edirəm. Qeyd edim ki, 1-ci abzası yazdığınız qədərindən də çoxunu başa düşürəm və haqlısız düz deyirsiz. Ama əlimizdə pul yoxdusa heç bir işə də başlamayıb (və ya başlaya bilməyib) yerimizdə sayacayıqsa bu da çıxış yolu sayılmır.. Təbii ki, hamı ki mən də hansısa ideyanın inkişafı üçün vəsait xərcləyib daha keyfiyyətli xidməti və ya satışı qoymaq istəyirəm. Sadəcə olaraq vəsaitin olmaması çoxlu nöqtələrdə maneə yaradır eləcədə yuxarıda sualda qeyd etdiyim problem.
Çalışacam Azəricard-la əlaqə saxlayım və hansı presedurların olunmasını desinlər görək nə alınır. 🙂
Təşəkkürlər.
0
Salam qardaş… Bu irəli sürdüyün ideya ümumilikdə var olan,davam edən,rəqabət apara bilməyəcəyin saytlarla dolu bir vaxta təsadüf edir… Amma şəxsən mənimdə yaratmaqda olduğum sayt var ki, hələdə tam hazır deyil bu yöndə çalışmalar davam edir ( boş vaxtlarımda )…
Əgər mümkünsə səninlə bu yolda birlikdə irəliləmək istərdim… Minimal xərc ilə yüksək xidmətin ola biləcəyini göstərmək üçün….
Mən şəxsən goldenpay a yazdım ki mənə qiymət cədvəlini göndərsinlər onlar məndən saytın tam hazır olacağı gün əlaqə saxlamağımı xahiş etdilər.. Mənə də razılaşmaq qaldı… ((
Mənim adım Anar. Əhmədlidə yaşayıram… Facebook səhifəmdə budur : DAXIL OL
Uğurlar
Sual verin
Cavab verin