Hansı ebook reader məsləhətlidir?

ebook reader alarkən hansı xüsusiyyətlərə fikir verməliyəm və ümumiyyətlə tələblərimə ən uyğun ebook hansıdır? tələblərim: ekranı şüasız olsun, yaddaş həcmi anlayışı varsa orda bu kiçik olmasın, ə hərfi oxunsun (bəzilərində oxunmadığını eşitmişəm), wi-fi və s bəzək düzək vacib deyil mənimçün, əksinə belə şeylər nə qədər az olsa o qədər yaxşıdı. və nəhayət ucuz olsun. məsləhət biləcəyiniz readeri hardan almağımın daha yaxşı olacağını da deyin zəhmət olmasa.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Adil455 (2014-11-06 10:34:53)
Bu onlayn magazadan da ala bilersiniz - kindle baku

E. Hacı (2012-11-04 22:05:50)
Dəqiq burda müraciət edin və ya verilən nömrəyə zəng edin disput.az/index.php?showtopic=323858&st=360

Amil (2012-11-04 21:07:40)
Salam. Disput.az forumdur. Orda İT bölməsinə baxın. Mən də Kindle almağı məsləhət görərdim.

Tural Əlisoy (2012-11-04 21:06:12)
deyəsən buradan http://www.disput.az/index.php?showforum=166

Efsane (2012-11-04 21:02:31)
disput.az-da hansı bölmədə axtarım satıcıları?

Tural Əlisoy (2012-11-04 20:58:52)
Salam. Fİkrimcə Elvin sizə qane edici cavabı verdi. Kindleın son məhsulları məsləhətdir.

Efsane (2012-11-04 20:57:02)
Salam. hə, deyəsən elə mənə uyğun olan Kindle 4-dü. təşəkkür.

E. Hacı (2012-11-04 20:54:11)
Salam. Kindle 4 və ya Kindle Paperwhite məsləhətlidir. Sifariş vermək üçün Disput.az-da satıcılar var, hansı ki Bakı mağazalarından azı 20-25 azn ucuz gətirirlər. Kindle 4 sadədir, kitab oxumaq üçün əla və rahar bir cihazdır. US qiyməti 70$-dır, bura dediyim satıcılar hardasa 75 azn-ə gətirirlər(Bakı mağazalarında 99 azn). Kindle Paperwhite ən son modeldir, US qiyməti 119$, bura satıcılar 125 azn-ə gətirir, Bakı mağazalarında isə hələ ki yoxdur. Paperwhite-ın ilk ad çəkdiyimdən əsas üstünlüyü Ekranının səthində lampa işığının olmasıdır, özü də 0-100% arası artırıb azaldıla bilən işıq. Bu sizə qaranlıqda da oxumağa imkan yaradır. Həm də bu işiq dediyiniz şüa-display işığı yox, sadəcə adi kağız kitaba düşən lampa işığı effektini verir deyə gözü yormaq xüsusiyyətinə malik deyil

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon Kindle ekran bərpası