WP saytın bəzən tam görüntülənməməsinin səbəbi nə ola bilər?

Salam. WP sistemdə qurulmuş sayta daxil olarkən bəzən saytın normal görüntülənməsi ilə bağlı problemlər baş verir, yəni gah tam boş səhifə, gah da saytın menyüsünə qədər olan hissə görünür. Qeyd edim ki, bunun istifadəçi çoxluğundan baş verməsi mümkün deyil. Çünki, sayt yenidir ve gün ərzində 100-dən çox istifadəçisi olmur. Plugin sayı da çox deyil. Məlumat üçün bildirim ki hostinq xidməti Sayt.ws-dən alınıb. Serverlər isə, Kanadada yerləşir. Sizcə, bu problem nədən qaynaqlana bilər? Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Jurnalist (2012-11-16 02:39:10)
Öncə, mövzuya həssas yanaşdığınız üçün təşəkkürlər, Elvin bəy! Qeyd edim ki, cpanel və ftp-də logsla ilgili axtarış edərkən yalnız access-logs adlı papkaya rastladım. Bu papkanın üzərinə tıklayınca isə,"This directory is empty." (Yəni,Bura boşdur) cümləsi yer alır. Bundan başqa cpanel-də "Xəta logu" adlı hissə varki, orada da yer alan "Son 300 xəta loqu mesajları:" hissəsi tamamən boşdurki, bu da hansısa xəta olmadığı anlamına gəlir... Bu kiçik araşdırmadan sonra isə, bir də az da olsa şübhələndiyim məqam, bunun bilgisayarım və ya internet sürəti ilə əlaqəli ola bilmə ehtimalıdır...

E. Hacı (2012-11-15 10:11:06)
Salam. Ya hostinqdən ya da hansısa nasaz plugindən qaynaqlanır problem. Wordpress paketi hər yerdə eynidir və belə problemlər onda müşahidə olunmur. Hostinqdə bəzi limit aşmaları, məhdudiyyətlər ola bilər ki onlardan istifadə zərurəti yarandıqda səhifənin kodunun yuxarıdan aşağı icrası qırılmış olsun. Error log Control Panel-də file manager-də yerləşir, logs papkası varsa orda. Və ya adətən public_html-in birbaşa öz daxilində error_log adlı fayl olur. Error log açırsız, onun içində tarixlərə görə səhvlər düzülür, məhz səhv baş vermə tarixini təxmin edərək həmin sətirlərə nəzər salınır və orada problemin səbəbi mütləq yazılmış olur. Tarixi dəqiqləşdirə bilməsəniz belə orada ümumi nəzər salınmaqla səhvləri görmək olar. Siz özünüz kodu çözə bilməsəniz error log-un içəriyini hər hansı açıq sayta yerləşdirib linkini bura atın biz daxil olaq baxaq.

Jurnalist (2012-11-15 04:06:36)
Elvin bəy, Sizi tam anlamadım. Zəhmət olmasa, bir qədər dəqiq və ətraflı məlumat verməyinizi xahiş edirəm. Konkret hansı fayllar araşdırılmalıdır? Qeyd edim ki, bu WP sayt hostinq paketindəki hazır scriptlə qurulub.Ümumiyyətlə, Sizcə, bu məsələ hostinqdən qaynaqlana bilməzmi?...

Alparslan (2012-11-12 22:11:48)
Adminsratorun sehviyle bagli ola biler

E. Hacı (2012-11-11 11:42:29)
Salam. Problem fərdi araşdırılmalıdır. Saytın idarə panelindən error log araşdırılsa səbəb asanlıqla tapılar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress proyekti yeni serverə köçürmək üçün məsləhət

WordPress Azərbaycan dili.

wordpress get_comments

Domen üçün NS

Web server necə yaradım

wordpress haqqında bir neçə sualım var