Gangstar oyununda problem

mənim telefonum samsung galaxy fit android:2.3.4 mən telefonuma gangstar:rio city of saints oyununu yazmışam 819mb data faylları yükləmişəm amma oyun başlayanda ekran qaralır neçə dəfə başqa apk ilə yoxlamışam onlardada elə olur mənə elə apk faylı lazımdırkı bu oyunu oynamaq olsun

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2012-11-11 13:21:13)
Data ölçüsü göstərici deyil, göstərici oyunun video və prosessor tələbləridir. Sizin telefonu gta dəstəkləmirmişsə apk tapsanız belə həmin normal keyfiyyəti verə bilməz. Gta nisbətən az tələblidir hələ

Nurlan Mehdiyev (2012-11-11 12:49:04)
Salam Elvin Hacı ona qalsa mende gta3-de açmırdı (data faylı 600mb) lakin mene uyğun apk faylı tapdım yükledim açdı

E. Hacı (2012-11-11 11:36:31)
Salam. Sizin telefon 280mb ram və 600mhz prosessora malikdir. Bu siz deyən ölçü və effektlər üçün qəti yararlı smartfon deyil. Bir sözlə boşuna apk axtarmayın, problem aparat təminatındadır, proqramda yox