Nöqtədən sonra cümlələrin alt-alta düzülməsi

Microsoft worddə necə eləmək olarki , mətində nöqtədən (abzasdan yox) sonra bütün cümlələr alt-aıta düzlənsin. ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

1146236 (2012-11-23 12:24:09)
Ən yaxşısı Ctrl+H kombinasiyasını sıxın. Yuxarıda .( nöqtə ) aşağıda isə .^p işarəsini daxil edib Replace All ("заменить все") düyməsini basın.

E. Hacı (2012-11-13 11:19:43)
http://www.ehow.com/how_5848743_add-carriage-returns-ms-word.html bu tip saytlarda açar söz axtarmaqla həlli tapmaq olar.

Alparslan (2012-11-12 22:07:46)
Wordde siz dediyiniz funksiya var .

maxxam (2012-11-04 12:31:21)
Mətn çoxdu. Bir - bir basmağa imkan yoxdu.

Tarlan Umudov (2012-11-03 23:22:32)
Belə başa düşdüm ki, siz cümlələri alt-alta yazmaq istəyirsiz? Elə isə hər cümlə bitdikdən sonra ENTER düyməsini basın və yeni cümləyə başlayın.