Bəzi item-lərin cart-dan itməsi

Salam! Belə bir problem yaranıb ebaydə. Mən auction-da müxtəlif satıcılardan əşyalar almışam. Bir neçə satıcının hərəsindən 3-4 əşya. Bu yaxınlarda bir satıcıdan aldığım 4 əşyadan birini return etmək istədim, satıcı çaşıb 4 əşyanın dördünə də transaction cancel case-i açdı. Mən birini qəbul etdim ( hansını ki almaq istəmirdim), digərlərini isə decline etdim. Bugün pulunu ödəmək istəyəndə əşyalarımın hamısının, gördüm ki, transaction cancel edən satıcının malları səbətimdən itib.Halbuki, mən decline etmişəm, həm də hər bir item üçün ayrıca ödəmək mümkündür. Sadəcə digər əşyalarla bir yerə ödəmək lazımdır mənə, çünki hər bir checkouta görə bank charge tutulur, 1dollar. Bu halda mən nə etməliyəm??

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2012-11-26 10:23:43)
Salam. Belə şeylər olanda dərhal ebay resolution center-ə müraciət edib problemi təsvir edin.