Fb -də yazılmış son commentləri saytda göstərmək

Salam, mənim saytımda comment hissəni fb commentlə əvəzləmişəm, hər mövzunun altında comment görünür.Fb-da belə bir xüsusiyyət var ki, hansısa postun son commentlərini əldə etmək olur, amma mənə hansısa post yox ümumilikdə saytıma yazılmış ən son commentləri necə əldə edə bilərəm ? (bir post da yox müxtəlif 10 mövzuda yazılmış commentləri)

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Batilla (2012-11-16 23:19:43)
Menlardo bağışda məndə belə bir sual yazmışdım,tam oxumadan elə bildim mənim sualımdır ona görə yazdım :)

Menlardo (2012-11-16 21:24:10)
Sualı deyəsən mən vermişdim axı :) Ok Təşəkkürlər Elvin, yenə də çalışacam axtarım görüm bəlkə bir şey çıxdı.

E. Hacı (2012-11-16 16:35:14)
Bəli. Çünki bunun üçün hazır həll yoxdur hazırda

Batilla (2012-11-16 15:22:13)
hə bildim.onda üeb proqramçı lazımdır onun üçün?Ancaq o düzəldə bilər

E. Hacı (2012-11-16 14:03:34)
Mən veb proqramçı dili ilə yazdım. Siz veb proqramçı deyilsinizsə təbii ki başa düşməyəcksiniz və təbii ki həll edə bilməyəcəksiniz. Mütəxəssis lazım, hər işin öz mütəxəssisi olur.

Batilla (2012-11-16 11:22:30)
Qardaş vallah yazdığından heçnə başa düşmədim :) bunu düzəldə bilərəm?

E. Hacı (2012-11-16 01:23:48)
Salam. Mən bilən bu mümkün deyil. Özüm birbaşa yoxlamışdım FQL ilə. Select comment_text from.... where url="sehifenin_url-i" yerində son hissəni əvvəlcə sql məntiqi ilə url like '%saytin_domeni%' ilə etdim işləmədi. Sonra FQL-in anlayacağı operatorlarla, STRPOS və İN ilə də yoxladım işləmədi. Sonra araşdırdım, yazılanlara görə mümkün deyilmiş. Saytda xüsusi plugin yaradıb commentlər yazıldıqca onları saytda hardasa saxlamaq - hazırda yeganə yol kimi bu görünür mənə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook`da 100+ səhifədə ad dəyişmək olur?

Facebook səhifə

Facebook abunəçiliyinin geri qaytarılması

Facebook profilimə yenidən qovuşmaq

Facebook səhifə adı

facebook-da səhifə-də ikon qoymaq