Java stajora nələr izah etməli?

Salamlar. Java üzrə stajor şirkətimizə qəbul edilib, Java proqramçı şəxsi problemləri ilə əlaqədar uzun müddət firmada olmayacaq. Rəhbərlik bu işdə məni kömək üçün təyin edib, yaxşı insandı köməklik göstərmək istəyirəm. Təəssüf ki, Javadan təcrübəm çox azdı, ona necə kömək edə bilərəm? Hansı tip iş və tapşırıqlar verməliyəm? Siz olsanız nələr edərdiniz 1 ay müddətinə? Təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Dekameron (2012-12-18 15:31:03)
Salam Ramin müəllim. Universiteti yenicə bitirib. Netbeans-da azca da olsa anlayışı var, təəssüf ki, SQL-dən təcrübəsi heç yoxdur (Oracle-dan heç danışmıyım). Belə deyək, dizayn əməliyyatları və google-dan source-ların köməkliyi ilə nəsə edir

Ramin Orucov (2012-11-23 13:43:44)
Əleykə salam. Həmin tələbənin Java üzrə bilikləri nə qədərdir? Nələri bilir və nələri öyrənmək, təkmilləşdirmək istəyir?