Telefonun yaddaşı öz özünə dolur

salam. Mənim telefonumun öz yaddaşı öz özünə dolur (nokia n73) nədən ola bilər? indi telefonun boş qalan yaddaşı 0 bayt göstərir.nə mesaj gəlir nədə zəng gələndə də yaddaşa düşmür.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Qenisoy (2012-11-20 16:32:24)
Bəli telefonda olan nömrələr silinəcək. sən çalış tez et. Məsələn nə varsa telde məsələn şəkil. Köçürt karta və bu anda tez nömrələri kopyala simə, amma etməmişdən əvvəl çalış aktivdə proqram olmasın. kopylıyandan sora *#7370# yig

Alehandro Morfeo (2012-11-20 16:21:09)
yaddaş 0 bayt olduğu üçün heçbir əməliyyat aparmaq mümkün deyil.

Alehandro Morfeo (2012-11-20 16:16:37)
reset etsəm telefonda olan nömrələrdə silinər?

Qenisoy (2012-11-19 15:27:41)
Salam. Bu problemi telfonunuza "reset" edərək həll edə bilərsiniz, amma "reset" zamanı telefon yaddaşı silinecek. Ona görədə tövsiyyə edirəmki telefonun yaddaşında sizə nə lazimli fayl varsa karta köçürdün. Sonra "reset" edin və gözləyin telefon sonəcək bir neçə dəqiqədən sonra aktiv olacaq. Problem aradan götürüləcək. RESET etmək üçün *#7370# yığın. Qeyd edimki bu zaman aktiv proqramları bağlayın